» » "Rusiya öz məhvini tezləşdirir”

"Rusiya öz məhvini tezləşdirir”

"Rusiya öz məhvini tezləşdirir”

“Ukraynaya qarşı işğalçı siyasət aparan Rusiya regiondakı ən yaxın tərəfdarını düşmənə çevirdi”.



Bunu Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov ucarliyiq.biz-ə Rusiya tərəfinin Ukraynaya məhdudlaşdırıcı tədbirləri genişləndirməsi ilə bağlı məsələni şərh edərkən bildirib. Cavadovun sözlərinə görə, bununla Ukraynadan daha çox Rusiya itirib.



“Məlum səbəblərə görə, Rusiya hər vasitə ilə Ukraynaya həm siyasi, həm də iqtisadi zərbələr vurmağa davam edir. Amma bu addımları atarkən Rusiya iqtisadiyyatı da böyük ziyan çəkir. Ukrayna Rusiya qazını almaqdan imtina edib. Onun əvəzinə Avropadan daha ucuz qaz alır. MDB ölkələrini özündən asılı vəziyyətdə saxlamağa çalışan Rusiya öz məhvini tezləşdirir”.


"Rusiya öz məhvini tezləşdirir”

"Rusiya öz məhvini tezləşdirir”


Hikmət Cavadov əlavə edib ki, Ukrayna mallarını almaq istəyənlər başqa tranzit yollarla bunu həyata keçirəcək.



“Ukrayna mallarını almaq istəyənlər başqa tranzit yollarla bunu həyata keçirəcəklər. Rusiya zəbt etdiyi Krım, Donetsk, Luqansk vilayətlərində Rusiyanın dəstəyinə güvənən separatçıların iqtisadi vəziyyətləri göz qabağındadır. Bundan başqa Rusiya Federasiyasının vilayətlərində də rus əhalisi çox bərbad vəziyyətdə yaşayır. Rusiya öncə öz uqtisadi vəziyyətinu yaxşılaşdırmaq üçün addımlar atmalıdır. Özünü dünyadan təcrid etməkdə davam edən Rusiya irticaçı-imperialist siyasəyilə bütün dünyanı özünə düşmən etməkdə davam edir. Haqsız hər zaman məğlubiyyətə məhkumdur. Hər bir halda isə haqsıs tərəf Rusiyadır”,- deyə Cavadov vurğulayıb.


"Rusiya öz məhvini tezləşdirir”


Ukraynanın iqtisadiyyat nazirinin müavini Natalya Mikolskaya Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri genişləndirməsi Ukrayna mallarının bu ölkə üzərindən ixracına ciddi ziyan vuracağını bildirib. Mikolskaya qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, bu ölkənin ərazisindən tranzit olaraq keçən Ukrayna mallarına qarşı məhdudlaşdırıcı tədbirlərin siyahısı genişlənib.


"Rusiya öz məhvini tezləşdirir”

"Ukrayna mallarının 98%-i Rusiya üzərindən Qazaxıstana gedir. Pul ekvivalentində söhbət il ərzində 682 milyon dollardan gedir. Rusiyadan tranzit keçməklə mallarımızın 93,9%-i Qırğız Respublikasına ixrac olunur. Bu isə pul ekvivalentində 70 milyon dollar edir", - deyə nazir müavini bildirib.



O əlavə edib ki, cari ilin I rübündə Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri nəticəsində Ukrayna Qazaxıstana ixracın 47,9%-ni, Qırğız Respublikasına 70%-ni, Azərbaycana 53%-ni, Türkmənistana 44%-ni, Özbəkistana 35%-ni, Tacikistana 53%-ni itirib.