» » Saatlarla avtovağzalda qalan sərnişinlər

Saatlarla avtovağzalda qalan sərnişinlər

Saatlarla avtovağzalda qalan sərnişinlər

Ramazan bayramı ilə əlaqədar bölgələrə üz tutanların sayı artıb. ANS TV-nin məlumatına görə, bayramı doğmaları ilə keçirmək istəyənlər üçün bu indiki halda bir qədər müşkülə dönüb.



Çünki Bakı Beynəlxalq Avtovağzalına gələn sərnişinlər rayonlara getmək üçün avtobus tapmır. İnsanlar hər bayram olduğu kimi bu bayramda evlərinə getmək üçün saatlarla avtovağzalda gözləməli olub.



Məsələyə aydınlıq gətirən Bakı Beynəlxalq Avtovağzalının baş mütəxəsisi Məhəmməd Abdullayev avtobusların sayının artırıldığını, lakin bu artımım kifayət etmədiyini, reylərə daha 150 əlavə nəqliyyat vasitəsinin qoşulacağını qeyd edib.



"Bayramın gəlişi münasibəti ilə tədbirlər planı işlənib hazırlanıb. Ötən gündən başlayaraq gücləndirilmiş iş rejimində çalışırıq. İyul ayının 8-ə qədər bu cür davam edəcək. Dünən 450-ə yaxın nəqliyyat vasitəsi ilə 12-mindən çox sərnişin daşınıb. Bu gün günorta saatlarından sonra daha ciddi sıxlıq müşahidə olunub. Saat 18:00 qədər 550-ə yaxın nəqliyyat vasitəsi cəlb edilib, 14 mindən çox sərnişin yola salınıb. Adi günlərdə bu rəqəm 350 nəqliyyat vasitəsi ilə 900-10 min sərnişin yola salınırdı. Hazırda daha 2 min sərnişinin yola salınması nəzərdə tutulub"-deyə mütəxəsis bildirib.