» » Hökumətə ailə turizminin inkişafı üzrə ciddi təklif ünvanlanıb

Hökumətə ailə turizminin inkişafı üzrə ciddi təklif ünvanlanıb

Hökumətə ailə turizminin inkişafı üzrə ciddi təklif ünvanlanıb

Yaxın illərdə Azərbaycanın kəndlərinə istirahətə gələn xaricilərin sayı dəfələrlə arta bilər.



ucarliyiq.biz-in məlumatına görə, bu, hazırda pərakəndə şəkildə icarəyə verilən kənd evlərinə müştərilərin turizm agentliklərinin vasitəsi ilə cəlbindən sonra baş verə bilər.  Turizm agentlikləri ailə turizmi üçün təqdim edilən evlərin beynəlxalq səviyyədə qəbul edilən müəyyən normalara uyğunlaşmasına  imkan yaradar, həmçinin turizm agentliklərinin xarici müştərilər üçün təqdim etdikləri təkliflər sırasına Azərbaycanın kənd evləri də daxil edilə bilər. 


Hökumətə ailə turizminin inkişafı üzrə ciddi təklif ünvanlanıb


Hazırda hökumət səviyyəsində atılan bir sıra addımlar buna imkan yarada bilər. Bu çərçivədə  milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateci yol xəritəsinin hazırlanması çərçivəsində ölkə hökumətinə təqdim edilən təkliflər paketində öz evini icarəyə verən region sakinlərinin gəlir vergisindən azad edilməsi təklif olunur.  Bu güzəşt turizm mqsədi ilə icarəyə verilən kənd evlərinin turizm agentlikləri ilə əməkdaşlığını dəfələrlə artıra bilər.  


Hökumətə ailə turizminin inkişafı üzrə ciddi təklif ünvanlanıb


Düzdür, xaricilərin Azərbaycanın regionlarına turist kimi səfər etməsi faktları indi də müşahidə edilir. Məsələn, payız aylarında ərəb şeyxlərinin Hacıqabulda olması, yaxud məşhur futbolçu Zlatan İbrahimoviçin İsmayıllıya səfər etməsi baədə xəbərlər yayılmışdı. Amma bu cür turist  səfərləri nadir hallarda baş verir və kütləvi şəkildə əhalinin dolanışığına  ciddi təsir göstərmir.



Halbuki, Azərbaycanın turizm agentlikləri  hələ də keçid dövrünü yaşayan əyalət kəndlərinə valyuta axınını təmin edilməsinə  xeyli dəstək verə bilərdilər. Ailə turizmi keçid dövrü yaşyan bir sıra Şərqi Avropa ölkələrinin kənd ailələrinə ciddi kömək olmuşdu. Məsələn, Sloveniya Yuqoslaviyadan ayrıldığı ilk illərdə kənd turizminə ciddi diqqət ayırmışdı və bu proses hazırda da davam edir.  Qonşu Avropa  ölkələrindən   Sloveniyanın Alp dağlırının ətəklərində  yerləşən kəndlərinə həm qışda, həm də yayda ciddi axın var. 


Hökumətə ailə turizminin inkişafı üzrə ciddi təklif ünvanlanıb

Turistləri cəlb edən əsas səbəblərdən biri sloven kəndlərindəki təbii yeməklərdir. Formula 1 günlərində Bakıya səfər etmiş avropalı turistlərin də marağını Azərbaycan yeməklərinin təbii olması çəkmihdi. Əyalətlərin bu məsələdə vəziyyəti daha əlverişlidir - kənd ailələrinin hazırladığı  süd, qatıq, qəssab əti, bağçadan dərilən  tərəvəz və meyvə, təbii bulaq suyu, dağ havası turistləri, xüsusilə də Avropadan və imkanlı ərəb ölkələrindən gələn qonaqları özünə bağlaya bilər.



Turizm  sahəsi üzrə ekspert, iqtisadçı alim Elxan Vəliyev  ucarliyiq.biz-ə müsahibəsində əyalətlərdə evlərini kirayəyə verənlərin turizm agentlikləri ilə ciddi əlaqəsinin olmadığını bildirib:


Hökumətə ailə turizminin inkişafı üzrə ciddi təklif ünvanlanıb


"Hər gün Bakıdan Azərbaycanın turizm rayonlarının hər birinə turizm agentliklərinin xətti ilə 600-700 adam yola salınır. Onlar demək olar ki, reionlarda gecələmirlər və elə həmin gün geri qayıdırlar. Bu müəyyən qədər diskomforta səbəb olur. Halbuki, mənzil sahibləri turizm agentlikləri ilə əlaqəli işləsələr ikigünlük səfərlər təşkil eləmək olar və əyalət kəndlərinin sakinləri adambaşına ən azı 15-20 manatdan pul qazana bilərlər".



Bu vəziyyəti Dövlət Statistika Komitəsinin göstəricilərindən də öz əksini tapıb. Statistikaya görə, turizm agentlikləri ölkə üzrə ildə təxminən 100 minə yaxın daxili və xarici turist yerləşdirilər ki, bunun  500 nəfərdən azı, yəni 0,5 faizi fərdi evalərin payına düşür.  Türistlər əsasən (60%-dən çox) mehmanxanalara üz tuturlar.       


Elxan Vəliyevin sözlərinə görə, əyalətlərdə gecələmək istəyən turistlər ilk öncə təhlükəsizliyə zəmanət tələb edirlər:



"Xüsusilə də xarici turistlər həm  fərdi, həm də qida təhlüuəsizliyinə zəmanət istəyirlər. Ev sahibi turizm agentliyi ilə müqavilə bağlayanda ona təhlüuəsizlik və komfort ilə bağlı müəyyən tələblərə əməl edir. Belə olanda turistləri  fərdi evlərə göndərmək asanlaşa bilər. Amma reallıq budur ki, ev sahibləri turist qəbulunu rəsmiləşdirmək istəmirlər. Çünki rəsmiləşdirəndə aldıqları vəsaitin 14%-ni vergi kimi ödəməlidirlər, həmçinin müştərini cəlb etmiş turizm agentliyi də komisyon haqqı almalıdır".


Hökumətə ailə turizminin inkişafı üzrə ciddi təklif ünvanlanıb

Regionlarda ev sahiləri indi mənzillərini günü 10 manatdan qeyri-rəsmi şəkildə öz tanışlarına verməyə üstünlük verirlər. Turizm agentliklərinə müraciət edənlər isə qiymətləri əsassız şəkildə şişirdirlər: "Mənzil sahibləri bir gecə üçün  50-100 manat arasında dəyişən vəsait istəyirlər. Təbii ki,  müştərilər belə olan halda ucuz otellərə üstünlük verirlər.  Düşünürəm ki, bu kimi məsələlər  Azərbaycan Turizm Assosiasiyası (ATA) tərəfindən ciddi araşdırılmalıdır. Amma təəssüf ki, ATA turizm sahəsində fəaliyyət göstərən iş adamlarının həmkarlar təşkilatı kimi deyil, hansısa iş adamı tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir",- deyə Elxan Vəliyev vurğulayır.  



Ekspertin sözlərində belə görünür ki, əyalətlərin turizm potensialının artırılması və rəsmi müstəvi üzərinə gətirilməsi ilə bağlı ciddi araşdırmaya ehtiyac var.  Bu sektor əyalətlərə vəsait axınını təmin etməklə yanaşı manipulyativ effekt verərək Azərbaycanın neftdən kənar sektorunda məhsul istehsalını ciddi şəkildə artıra bilər. Bu isə potensialını indi əsasən Bakıda gerçəkləşdirməyə çalışan izafi iş qüvvəsinin bir qisminin əyalətlərə qayıtmasına imkan yarada bilər. Nəticədə, işsizlik probleminin həlli ilə yanaşı, ölkənin ərazicə proporsional inkişafına da ciddi töhfə verilmiş olacaq.