» » Ramazan bayramı dünyada qeyd edilir

Ramazan bayramı dünyada qeyd edilir

Ramazan bayramı dünyada qeyd edilir

Dünya müsəlmanları artıq iki gündür Ramazan bayramı ovqatındadır. Bir çox ölkələrdə müsəlmanlar bayram namazlarını məscidlərdə qılıb.

ANS TV-nin Almaniyada sığınacaq almış Suriyalı qaçqın Şıx Həbib Berlində ilk Ramazan bayramını həm qəm, həm də sevinc hissi ilə qeyd edir. Əslən kürd olan 36 yaşlı Suriyalı, təhlükəsiz məkanda olduğuna sevinsə də, ölkəsindəki müharibədən qabaqkı illərin Ramazan bayramı abu havası, bayramın böyük ailənin əhatəsində keçirilməsi üçün yaman darıxıb. O, həyat yoldaşı və 4 övladı ilə Almaniyanın paytaxtında nəhəng sığınacaq mərkəzində olduqca yığcam otaqlarda qalır. “Bu günümüzə görə də Allaha şükür olsun”  deyə Şıx Həbib bildirib. Ötən il Almaniyaya çoxu Suriya, İraq ƏFqanıstan kimi müharibə ölkələrindən olmaqla 1 milyondan çox qaçqın və miqrant daxil olub. Almaniyada qaçqın sığınacaqlarında, yataqxanalarda Ramazan bayramının ənənəyə uyğun qeyd edilməsi bir qədər çətindir. Onlar öz bayram yeməklərini hazırlaya bilmir, uşaqlara hədiyyə və yeni paltarlar da ala bilmir.

İraqda Müqəddəs Ramazan ayının baş çatması ilə bağlı dünya müsəlmanları bayram hazırlıqları davam etdirir. Son günlərdə çoxlu sayda terror hücumlarına məruz qalmış İraqda hazırlıqlar yüksək təhlükəsizlik tədbirləri  şəraitində keçir. Paytaxt Bağdadda sakinlər bayram alış-verişini böyük qorxu içində etdiklərini deyirlər. İraqın digər şəhərlərində də hazırlıqlar və bayram alış-verişi öz axarı ilə davam edir.

Misirdə də bayram hazırlıqlarını həyata keçirir. Paytaxt Qahirə sakinləri bu ilki bayram ərəfəsində qiymətlərin bahalaşmasından şikayətlənir.

Rusiyada yaşayan müsəlmanlar müqədəs Ramazan bayramını qeyd etməyə başlayıb. Paytaxt Moskvanın baş məscdinidə keçirilən mərasimdə Rusiya Müftülər Şurasının rəhbəri Ravil Qaynutdin dini ayinləri həyata keçirib. Bayram ərəfəsində məşhur kino rejissoru Karen Şahnəzərov Müsəlman bayramlarından birinin Rusiyada rəsmi bayram kimi qeyd edilməsi təklif edib. Rejissor məhz hansı bayramın rusiyada qeyd olunması məsələsini müsəlmanların seçməsinin məqsədəuyğun olduğunu söyləyib.