» » Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Bu gün Azərbaycanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər. Azərbaycanda və bütün dünyada müsəlmanlar üçün böyük bayram hesab olunan Ramazan bayramının namazı səhər saatlarında qılınıb. 
ucarliyiq.biz-in məlumatına görə, bayram namazı qılınan məscidlərdən biridə Təzəpir məscidi olub. Namaz saat 09:00-da başlayıb. Bayram namazını qılmaq üçün yüzlərlə insan məscidə toplanıb. Hətta yer çatışmazlığına görə insanların bir qismi namazlarını məscidin həyətində qılıblar. 
Azərbaycanda bayram namazı qılındı


“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. O, moizə oxuyub, dualar edib, Allahdan tutulan orucların, qılınan namazların qəbulunu diləyib.

Şeyx deyib ki, vaxt var idiki bu məsciddə 10 nəfər namaz qılıb. "O zaman mən deyirdim ki, bu məsciddə ancaq divarlar olsa belə mən onlara moizəmi oxuyacağam. İndi isə burada bütün şərait yaradılıb".

A.Paşazadə aprel döyüşlərindən də danışıb. O, Allahdan şəhidlərə rəhmət diləyib, torpaqların tezliklə azad edilməsini arzulayıb.  
Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı