» » AZAL biletləri 264 faiz bahalaşdırıb

AZAL biletləri 264 faiz bahalaşdırıb

AZAL biletləri 264 faiz bahalaşdırıb

Moskva-Antalya istiqamətində aviareys bərpa olunduqdan sonra biletlər 75,6% bahalaşıb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Rusiya turizm operatorları assosiasiyası (ATOR) xəbər verib.
AZAL biletləri 264 faiz bahalaşdırıb


“ATOR sorğusu üzrə hazırlanmış "Aviakassa" onlayn agentliyinin hesabatı istiqamətin rəsmi açılışından sonra rusiyalıların Türkiyəyə marağın artmasına şahidlik edir”, - deyə Rusiya turizm operatorları assosiasiyasının rəsmi saytında qeyd olunur.

Türkiyəyə səfər etmək istəyənlərin sayı artdıqca, biletlərin qiyməti də bahalaşır. Məsələn, Moskva-Antalya aviareysinə biletin qiyməti orta hesabla 75,5% artıb. İyunun sonunda "Pegasus Airlines" aviaşirkəti ilə uçmaq istəyənlər (bir istiqamətdə) bileti 7,5 min rubla (180.75 manat) alırdısa, hazırda biletlər 30,7% bahalaşaraq 9,8 min rubl (236.18 manat) olub.
AZAL biletləri 264 faiz bahalaşdırıb
Azərbaycan Hava Yolları - AZAL-ın biletləri isə 264 faiz bahalaşaraq 13,5 min rubla (325.35 manat) çatıb. "Aeroflot" və "Turkish Airlines" aviaşirkətlərinin biletləri isə daha yüksək qiymətədır. "Aeroflot"la qeyd edilən istiqamətə uçmaq istəyən şəxsin 21,4 min rubl (515.74 manat), "Turkish Airlines"la uçmaq isə 48 min rubl (1 156.8 manat) xərci çıxmalıdır. 

Sankt-Peterburqdan Antalyaya olan aviareyslərə biletlər isə orta hesabla 25% bahalaşıb. Moskva-İstanbul aviareysinin biletlərinin qiyməti 39% artıb.
AZAL biletləri 264 faiz bahalaşdırıb


Ötən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə 2015-ci ilə noyabrın 24-də baş verən qırıcı qalmaqalına görə üzürxahlıq edib. Məhz bundan sonra Rusiya - Türkiyə münasibətləri normallaşmağa başlayıb. Rusiya prezidenti Vladimir Putin Türkiyə qarşı qadağalarını ləğv edib. 

Türkiyəyə istər ticari-iqtisadi, istər turizm, istərsə də digər sahələrlə qarşılıqlı əlaqələrin bərpası istiqamətində qoyulmuş sanksiyaların ləğvinə başlanılıb. Bundan başqa, Rusiya lideri hökumətə türk tərəfi ticari-iqtisadi və digər sahələrlə qarşılıqlı əlaqələrin bərpası istiqamətində danışıqlara başlamağı da tapşırıb.