» » Azərbaycan-Gürcüstan sərhədində gərginlik

Azərbaycan-Gürcüstan sərhədində gərginlik

Azərbaycan-Gürcüstan sərhədində gərginlik

İyun ayının 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb. Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstan Respublikasına səyahət edənlərin sayının kəskin artmasıdır.

Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir.

Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiya Federasiyasından Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

Hazırda 3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu “Sınıq Körpü” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində sıxlıq tam aradan qaldırılacaq.
Saat 16:16

Azərbaycan-Gürcüstan sərhədində yenidən növbə müşahidə olunur. Sürücülər gömrük nəzarətindən keçmək və bayramı Gürcüstanda keçirmək üçün saatlarla növbə gözləyir.

Növbədə gözləyən sürücülər virtualaz.org-a bildiriblər ki, “Sınıq Körpü” buraxılış-keçid məntəqəsindən saatda orta hesabla 3 maşın buraxırlar. Hazırda məntəqədə gərginlik yaranıb və bu səbəbdən hərdən sərhədçilərlə sürücülər arasında xoşagəlməz insidentlər yaşanır.
Azərbaycan-Gürcüstan sərhədində gərginlik


ucarliyiq.biz-in məlumatına görə, bu ilk belə hal deyil. Analoji vəziyyət adıçəkilən məntəqədə, demək olar, hər bayramda təkrarlanır.

Nəticədə bayramı Gürcüstanda keçirmək istəyənlər vaxtlarının xeyli hissəsini növbədə itirməli olurlar.