» » Həccə getmək istəyən azərbaycanlılar üçün olan ucuz yerlər doldu

Həccə getmək istəyən azərbaycanlılar üçün olan ucuz yerlər doldu

Həccə getmək istəyən azərbaycanlılar üçün olan ucuz yerlər doldu

Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər artıq dolub. ANS TV-nin məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

İdarədən o da əlavə olunub ki, VİP ziyarət növü üçün 60 yer hələlik boş qalıb. Bu yerlərə sənəd qəbulu davam edir.
Həccə getmək istəyən azərbaycanlılar üçün olan ucuz yerlər doldu


Bundan başqa, bu il ilk dəfə olaraq sənədləri qəbul olunan zəvvarların xarici pasportları onlara səfərə yola düşən zaman hava limanında zəvvar qrup rəhbərləri tərəfindən qaytarılacaq.

Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. 

Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq.

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.