» » Rusiyanı cəzalandırmaq istəyi 60 milyard dollara başa gəldi

Rusiyanı cəzalandırmaq istəyi 60 milyard dollara başa gəldi

Rusiyanı cəzalandırmaq istəyi 60 milyard dollara başa gəldi

Qərb ölkələri  Rusiyaya tətbiq edilmiş sanksiyalar səbəbindən 2014-2015-ci illər ərzində 60.2 milyard dollar itirib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Fransa araşdırmalar mərkəzinin beynəlxalq iqtisadiyyat sahəsində apardığı hesabalamalarda bildirilir.
Rusiyanı cəzalandırmaq istəyi 60 milyard dollara başa gəldi


Hesabalamalar nəticəsində məlum olub ki, itkilərin böyük bir qismi Rusiyanın cavab embarqolarının təsiri nəticəsində deyil, birbaşa Qərbin sanksiyaları ilə bağlıdır.

Ekspertlər bu hesablamanı Fransa şirkətlərinə, eləcə də BMT-nin aylıq əmtəə ticarəti məlumatlarına (UN Comtrade data) istinad edərək hazırlayıb. Onlar sanksiyadan əvvəlki dövürdə bütün ticarət tərəfdaşları üçün Rusiyaya ixracatın təsirini təhlil edib. Sonda əldə edilən nəticələrdə Avropa Birliyi ölkələrinin sanksiyalardan 76,7% zərrər etdiyi məlum olub.
Qərb ölkələri 2014-cü ilin avqust ayından başlayaraq Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Sentyabr ayında isə sanksiyaların əhatə dairəsi genişləndirilib. Silah, ikili təyinatlı texnologiya mallarının idxal-ixracına embarqo tətbiq edilib. 
Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişə riayət etməyə məcbur etməkdir. Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya Silahlı Qüvvələri və enerji şirkətlərinə qarşı tətbiq edilir.