» » Səudiyyə yenə nefti ucuzlaşdırmağa başlayıb

Səudiyyə yenə nefti ucuzlaşdırmağa başlayıb

Səudiyyə yenə nefti ucuzlaşdırmağa başlayıb

Səudiyyə Ərəbistanı fevral ayından bu yana ilk dəfə olaraq ABŞ və Asiya ölkələri üçün Arab Light qarışığı olan neftin buraxılış qiymətlərini aşağı salıb. Avqustdan etibarən tədarük edilən neft bu ölkələrə ucuz qiymətə satılacaq.

Bundan sonra Asiya ölkələrinə avqust ayından etibarən neft 40 sent ucuz (0.81 AZN)  qiymətə satılacaq. Asiya bazarı Səudiyyə Ərəbistanı üçün açar rolunu oynayır.  Lakin görünən odur ki, mövcud vəziyyət onları qane etmir. Səudiyyə Ərəbistanı bu bazarda nəinki liderliyini əldən verib, hətta Rusiya (3.92 milyon ton) və Anqoladan (3.28 milyon ton) sonrakı yerdə qərarlaşıb.
Səudiyyə yenə nefti ucuzlaşdırmağa başlayıb


Səudiyyə Ərəbistanının qiymətlərdə endirim etməsi üçün obyektiv səbəbləri var. Belə ki, ilin 3-cü rübündə Asiya bazarında ənənəvi tənəzzül gözlənilir. Bu zaman bir çox neft emalı zavaodlarının profilaktika etməsi satın almaların azalması ilə nəticələnir.
Ötən il də Sədudiyyə Ərəbistanı yayda neft qiymətlərini aşağı salıb və eyni qiymət siyasətini il sonuna qədər davam etdirib.
"Reuters" agentliyinin məlumatında isə Səudiyyə Ərəbistanının"Şeyba" neft yatağından çıxarılaraq endirimlə satılan neftin həcminin 3 dəfə artırıldığı deyilir.
Səudiyyə yenə nefti ucuzlaşdırmağa başlayıb

Səudiyyə yenə nefti ucuzlaşdırmağa başlayıb


"Bloomberg"in apardığı araşdırmalara görə, OPEK neft hasialtını artırıb. Nigeriya, Liviya və Səudiyyə Ərəbistanı da öz növbəsində sutkalıq hasilatı 90, 40, 70 min barrel artırıb. Rusiya öz növbəsində Çinə neft ixaracatını 50% artırıb.
Kanada hökuməti də öz növbəsində baş verən yanğınlardan sonra neft hasilatını bərpa edib.