» » Ərdoğan Rusiyaya gedir

Ərdoğan Rusiyaya gedir

Ərdoğan Rusiyaya gedir

O, məscidin açılışında iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Moskvada yeni Moskva Cümə məscidinin açılışında iştirak edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə verdiyi müsahibəsində Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdin bildirib.

“Moskvaya, sözün əsl mənasında bu tarixi hadisəyə şahid olmaq üçün bir çox dövlət liderləri, onların arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var, eləcə də Asiya, Avropa və bütün ərəb-müsəlman dünyasının dövlətlərinin tanınmış liderləri təşrif buyuracaq”,  - o deyib.

Rusiyanın Müftilər Şurasının sədri “Rusiya müsəlmanları arasında nüfuza malik olan” Rusiya prezidenti Vladimir Putinin də “bu ilin sentyabr ayının 23-də Moskvada məscidin açılışında iştirak edəcəyinə” əminlik ifadə edib.