» » Gürcüstan sərhədində çətin anlar

Gürcüstan sərhədində çətin anlar

Gürcüstan sərhədində çətin anlar

Sınıq Körpü keçid məntəqəsində sıxlıq hələ də qalmaqdadır. Xüsusən də yük daşıyan avtomobillərin sıxlığı hər saat artır. Sürücülərin sözlərinə görə son bir gün ərzində çox az sayda TIR Gürcüstan tərəfə keçə bilib. Sürücülər əvvəllər Azərbaycan Gömrüyündə gediş-gəlişin hazırkındən daha rahat olduğunu deyirlər.

"Bizə gəmidən düşəndən sonra 36 saat zaman verilir. Biz gömürüyə bu vaxt ərzində girməzsək,  gömrük bizə cəza yazacaq. Bizim günahımız nədir?"- deyə türkiyəli sürücü Zülkü Kılınc bildirir.

Günlərlə sərhəd keçid məntəqəsində növbə gözləyən sürücülər özləri üçün burda şərait də yaradıblar - onlar burda nahar edirlər və gördüyünüz bu avtomobillərdə gecələyirlər.

Dovlət Gömrük Komitəsinin mətbuat xidməti isə sıxlığın olmadığını bildirir.

Azərbaycan  və Gürcüstan sərhəddində Sınıq Körpü sərhəd keçid məntəqəsində yaranan sıxlıqla bağlı Dövlət Sərhəd Xidmətiindən bildirdilər ki, sıxlıq Sərhəd Xidmətinə görə yox, Gömrük Komitəsinə görə yaranıb.  Dövlət Gömrük Komitəsindən isə dedilər ki, problemin kökü Sərhəd Xidmətindədir.