» » Günvurma halları artıb

Günvurma halları artıb

Günvurma halları artıb

Son 3 gündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı müraciətlər daxil olub. ANS TV-nin məlumatına görə, bu il istilər başlayandan 4 nəfəri gün vurub, onlardan 1-i xəstəxanaya yerləşdirilib. Günvurma bir sıra əlamətlərlə özünü biruzə verir. Həkim müdaxiləsinə qədər gün vurmuş adama ilkin yardım edilməlidir. Bunun üçün bir sıra qaydaları bilmək vacibdir.

Günvurmadan qorunmaq üçün saat 11:00-16:00 radələrində qızmar günəş altına çıxmamaq məsləhət görülür. Papaq və digər baş geyimlərində, çətirdən, açıq rəngli pambıq materiallı paltarlardan istifadə tövsiyyə olunur.

ümumilikdə isə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yanvar-iyun aylarında 300 mindən artıq ümumi müraciət daxil olub.

"103" xidmətinə gündəlik hesabla 2 minə qədər çağırış daxil olur. Bayram günlərində isə müraciətlərin sayı daha da çox olur. Xəstəxana və poliklinikalar bayram günlərində işləmədiyindən insanlar daha çox təcili yardıma müraciət edirlər. Bu il Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlər daha çox doğuşla, eləcə də insultla bağlı olub.