» » 2,4 minə yaxın rusiyalı İŞİD-in sıralarında döyüşür

2,4 minə yaxın rusiyalı İŞİD-in sıralarında döyüşür

2,4 minə yaxın rusiyalı İŞİD-in sıralarında döyüşür

Federal Təhlükəsiz Xidmətinin məlumatı.

2,4 minə yaxın Rusiya vətəndaşı “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının tərkibində döyüşlərdə iştirak edir.

ucarliyiq.biz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin birinci direktor müavini Sergey Smirnov Daşkənddə bildirib.

“Rusiya Federasiyasının iki min dörd yüz vətəndaşı “İslam dövləti”nin quldur qruplarının tərkibindədirlər. Mərkəzi Asiya, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin üç minə yaxın vətəndaşı bu qruplaşmanın sıralarındadırlar”, - o, deyib.

Daha öncə Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev “İslam dövləti” tərəfində 1,8 min Rusiya vətəndaşının döyüşdüyünü bəyan etmişdi.