» » Mərkəzi bank dolların məzənnəsini açıqladı

Mərkəzi bank dolların məzənnəsini açıqladı

Mərkəzi bank dolların məzənnəsini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən ucarliyiq.biz-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi iyulun 9-na 1,5487 səviyyəsində müəyyən olunub. Bununla da dollar manata nisbətdə cüzi bahalaşıb.

Bu gün dollar 1,5456 manata bərabər olub.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.
Mərkəzi bank dolların məzənnəsini açıqladı
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.