» » Azərbaycanlı məhbusa içində 7 mobil telefon olan bağlama göndərildi

Azərbaycanlı məhbusa içində 7 mobil telefon olan bağlama göndərildi

Azərbaycanlı məhbusa içində 7 mobil telefon olan bağlama göndərildi

Fakt üzrə araşdırma aparılır.

Rusiyanın Saransk şəhərində  17 saylı islah koloniyasının əməkdaşları məhkumlardan birinə qadağan edilmiş əşyaların bağlama yolu ilə ötürülməsinin qarşısını alıblar.

ucarliyiq.biz Rusiya KİV-nə istiandən xəbər verir ki, gətirilən bağlamaların diqqətlə yoxlanıldığı sirr deyil. Amma bir çox məhkumlar, onların qohumları və dostları sistem işçilərini aldatmağa və azadlıqdan məhrum etmə cəzasının çəkildiyi müəssisələrə qadağan edilmiş əşyaları göndərməyə cəhd edirlər.

Doqquz illik həbs cəzasına məhkum edilmiş azərbaycanlıya belə bağlama göndərilib. Bağlamanı göndərən şəxs Primorsk vilayətinin sakinidir.

Bağlamanın tərkibini  öyrənməyə başlayan koloniyanın əməkdaşları hiylənin üstünü aça biliblər. Bağlamada 7 mobil telefon gizlədilibmiş.

Telefonlar bağlamadan müsadirə edilib. Qanunvericilik aktının pozulması faktı üzrə araşdırma aparılır.