» » Vaşinqtonda Kapitoli mühasirəyə alındı

Vaşinqtonda Kapitoli mühasirəyə alındı

Vaşinqtonda Kapitoli mühasirəyə alındı

Vaşinqtonda polis kapitoli binasını mühasirəyə alıb. ucarliyiq.biz-in məlumatına görə, bu haqda konqresmen Billi Lonq öz Twitter mikrobloqunda yazıb. Bir müddət sonra CNN 30 dəqiqə davam edən həyəcanın ləğv edildiyi haqqında məlumat yayıb.
Scene outside Capitol, which is on lockdown pic.twitter.com/KnSJCKv89M— Seung Min Kim (@seungminkim) 8 июля 2016 г.
"Reuters"in məlumatına görə, mühasirəyə alınan ərazidə polis silahlı olduğu güman edilən qadının axtarışlarını aparıb. Digər məlumatlara görə isə odlu silah Kapitolinin əməkdaşında olub.  

Bu ilin aprelində Vaşinqtonda kapitolinin ziyarətçilər üçün nəzərdə tutulan mərkəzində silahlı şəxs atəş açıb. Saxlanılan kişiyə qarşı silahlı hücüm ittihamı ilə cinayət işi açılıb. 
Kapitoli ABŞ konqresinin toplaşdığı məkandır. Vaşinqtonda Kapitoli təpəsində yerləşir. Bina C. Vaşinqtonun abidəsi və Linkolnun Memorialı ilə bağlıdır. Parlament mərkəzinin şərqində Konqresinin Kitabxanası və ABŞ Ali məhkəməsinin igamətgahı yerləşir.