» » Shell şirkəti Azərbaycanda nümayəndəliyini bağlayır

Shell şirkəti Azərbaycanda nümayəndəliyini bağlayır

Shell şirkəti Azərbaycanda nümayəndəliyini bağlayır

"Royal Dutch Shell"in (Niderland krallığı) törəmə şirkəti "Shell Business Development Cenrtal Asia B.V" Azərbaycanı tərk edir. ucarliyiq.biz-in məlumatına görə, kreditorlar hələ iki ay ərzində şirkətə qarşı iddialar irəli sürə bilərlər.  

Şirkət ölkəmizdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində axtarış, emal və neft hasilatına dair PSA müqaviləsinə görə (məhsulun bölgüsü)  5% paya malik idi. 

"Shell" həmçinin  "Kaşaqan" (Qazaxıstan) yatağından əldə olunan neftin Bakı-Tiflis-Ceyhan kəməri vasitəsi ilə nəql olunmasında maraqlı idi. Lakin sonradan bu qərara yenidən baxıldı və qazax neftinin Xəzər boru kəməri konsorsiumu ilə nəql olunması qərarı verildi.