» » Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıtmaq istəmirlər?

Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıtmaq istəmirlər?

Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıtmaq istəmirlər?

Vaxtaşırı həkim səhvi ucbatından baş verən hadisələr ölkədə peşəkar həkim çatışmazlığı ilə bağlı narahatlıqları artırır. Buna görə də müalicə almaq üçün xarici ölkələrə, xüsusilə də Türkiyəyə üz tutanların sayı kifayət qədərdir.  Maraqlıdır ki, elə Türkiyədə tibb təhsili alan azərbaycanlı tələbələrin də sayı az deyil. Bəs bu tələbələr azərbaycanda çalışmaq istəyirlərmi?
Bir neçə il əvvəl Türkiyə cumhuriyyətinin qanunvericiliyinə əsasən ölkədə təhsil alan xarici tələbələrə təhsillərini başa vurduqdan sonra qalıb Türkiyədə fəaliyyət göstərmək qadağan olunmuşdu. Amma bu qadağa bir neçə il əvvəl aradan qaldırılıb və bu daha çox tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin Türkiyədə qalıb işləməsi ilə nəticələnib. Bəs bu tələbələri yad məmləkətdə qalmağa nə vadar edir?  

Türkiyə Azərbaycanlı Həkimlər Birliyinin sədri Şahin Xanıyev hesab edir ki, bu sahədə bir sıra maneələr ortaya çıxır. "Burdan gedən tələbələrimiz müasir tibb biliklərinə yıyələnsələr də onları özlərindən sonra gələn tələbələrə öyrədə bilmirlər. Çünki özəl xəstəxanalarda işləməyə məcbur olurlar, dövlət xəstəxanalarının maddi cəhətdən yaratdıqları imkanlar bu tələbələri qane etmir."

Sözsüz ki, tibb işçilərinin əmək haqqlarının çox az olması azərbaycanlı məzunları vətənlərindən uzaq salır. Müqayisə üçün bildirim ki, həkimlər Estoniyada 1900 avro, Litvada 1200 avro, Latviyada isə 1100 avro maaş alırlar. Azərbaycanda isə həkimlərin əmək haqqısı 150-200 avrodan çox deyil.
Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıtmaq istəmirlər?
 

Türkiyənini Konya şəhərində təhsil alıb hazırda azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən Zamin Hacıyev isə Azərbaycanda həkimlərin ən son texnologiyadan istifadəsi üçün bütün imkanların mövcud olduğunu əsas gətirərək, xaricdə təhsil alan tələbələrin Azərbaycana qayıtmasını istəyir. Zamin Hacıyevin sözlərinə görə, xarici təcrübəni öyrənmiş həkimlərə azərbaycanda çox böyük ehtiyac var.

Ümumiyyətlə, xaricdə təhsil dövlət proqramı çərçivəsində 2007-ci ildən bu yana 3558 nəfər xaricə təhsil ala bilib. Onlardan 1500 nəfəri vətənə qayıdıb. 2000-ə yaxın gənc isə xaricdə təhsilini davam etdirir.

Dövlət hesabına xaricdə təhsil alan tələbələr  Azərbaycana qayıtmağa məcburdurlar. Ən azı hüquqi müstəvidə. Çünki xaricə göndərilərkən bu tələbələrlə müqavilə imzalanır ki, onlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb 5 il ərzində vətəndə fəaliyyət göstərməlidirlər.