» » Yayda payız havası nə vaxtadək davam edəcək?

Yayda payız havası nə vaxtadək davam edəcək?

Yayda payız havası nə vaxtadək davam edəcək?

Bu gündn ölkə ərazisində hava şəraiti dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-da güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcəyədək aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 9-u axşamdan 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı,  dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da iyulun 09-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.