» » Tərtərdə tapılan at cəmdəklərinə od vuruldu

Tərtərdə tapılan at cəmdəklərinə od vuruldu

Tərtərdə tapılan at cəmdəklərinə od vuruldu

Tərtərdə meşə ərazisindən bir neçə gün öncə tapılan at cəmdəkləri zərəsizləşdirildi. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) ucarliyiq.biz-ə verilən məlumata görə, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər davam etdirilir.

İyul ayının 4-də Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Tərtər rayonunun Hüləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda keçirilən reyd zamanı çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəkləri aşkar edilib.
Tərtərdə tapılan at cəmdəklərinə od vuruldu


Tərtər Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərib. 

Aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz və at ətinə məxsus olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib. 

Qərara uyğun olaraq bu gün cəmdəklər baytarlıq mütəxəssislərinin nəzarəti altında Tərtər rayonu ərazisində olan məişət tullantıları poliqonunda zərərsizləşdirilərək basdırılıb.