» » 8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi

8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi

8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi

Türkiyə ilə Rusiya arasında yaşanmış gərginlikdən aylar sonra növbəti bir ilk yaşanıb. ucarliyiq.biz-in Türkiyə mətbuataına istinadla verdiyi məlumata görə, Antalya hava limanına 8 ay sonra ilk rus turist təyyarəsi eniş edib. Təyyarədə 189 turist olub. 

"Rossiya Airlines"in Moskva-Antalya reysi ilə uçan "B737-800" təyyarəsi səhər saatlarında turizm ürəyi sayılan şəhərə eniş edib. 
8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi


Rus turistlər üçün qarşılanma mərasimi keçirilib. Rusları qarşılayanlar arasında hava limanının mülki idarə işləri üzrə rəhbər şəxsi, Antaliya valisi köməkçisi də olub. 

Hava limanının pasport nəzarəti hissəsində gül-çiçəklə qarşılanan rus turistlər üçün kokteyl olub. 

Vali köməkçisi Mehmet Yavuz jurnalistlərə açıqlamasında bu reysin çarter olmadığını, hələlik çarter reys üçün icazə omadığını deyib. 

Rus turistlər də iki ölkə arasında münasibətlərin düzəlməsindən razı qalıblar. Onların bəziləri illərdir ki, istirahət üçün Türkiyəni seçdiklərini, bəziləri isə bunun bir ilk olacağını deyiblər. 
8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi

8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi

8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi

8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi

8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi

Türkiyə ilə Rusiya arasında münasibətlər ötən ilin noyabr ayında Suriya ilə sərhəddə "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra pisləşmişdi.
8 ay sonra ilk - Türkiyənin gözlədiyi təyyarə gəldi


Rusiya təyyarəsini vurduğu üçün Rusiyaya qarşı iqtisadi sanksiyalar tədbiq etmiş, bir çox shələrdə əməkdaşlığını kəsmişdi. Rusiya vətəndaşlarına isə Türkiyəyə getməmək barədə xəbərdarlıq edilmişdi. Hətta Rusiya birtərəfli qaydada viza rejimini bərpa edib. Bu hadisə hər iki ölkəyə ciddi ziyan vurub. 

Lakin ötən ay Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinə məktub yazıb və baş vermiş hadisəyə görə üzürxahlıq edib. Bundan sonra iki ölkə arasında münasibətlər isinməyə başlayıb. Hətta iki ölkə prezidenti arasında telefon danışığı baş tutub. Ərdoğan və Putin qısa zamanda görüşmk barədə razılıq əldə ediblər. 
Putindən Türkiyəyə tərəf ilk addım