» » Türkiyə sahillərində daha bir körpənin cəsədi tapıldı

Türkiyə sahillərində daha bir körpənin cəsədi tapıldı

Türkiyə sahillərində daha bir körpənin cəsədi tapıldı

Azyaşlının şəxsiyyəti hələlik müəyyən edilməyib.

Türkiyənin İzmir bölgəsində dəniz sahillərində dörd yaşlı qızın cəsədi tapılıb.

ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, körpənin şəxsiyyəti hələlik müəyyən edilməyib.

İlkin məlumata əsasən, azyaşlı miqrantları daşıyan qayığın batması nəticəsində dünyasını dəyişib. 

Yunan adalarının birinə istiqamətlənən qayıqda 15 nəfər olub. Onlardan 14-ü xilas edilib, və yalnız dörd yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, təxminən iki həftə bundan əvvəl ailəsi ilə birlikdə Yunanıstana gedən zaman dənizdə boğulan üçyaşlı suriyalı oğlan Aylan Kurdinin ölümü bütün dünyada böyük əks-səda doğurmuşdu.