» » Bakının dəmiryol vağzalında ən son vəziyyət

Bakının dəmiryol vağzalında ən son vəziyyət

Bakının dəmiryol vağzalında ən son vəziyyət

Bakı sərnişin stansiyasında təmir işləri sürətləndirilib. Bu barədə ucarliyiq.biz-ə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. 
Bakının dəmiryol vağzalında ən son vəziyyət


Onun szölərinə görə, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Hazırda stansiyada tunelləri və beşinci platformanın tikintisi davam edir. Sürətlə davam edən əsaslı təmir işlərinin 2016-ci ilin sonunda başa çatması nəzərdə tutulur.
Bakının dəmiryol vağzalında ən son vəziyyət
“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Paytaxtın giriş qapısı sayılan Bakı sərnişin sərnişin stansiyasının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib.
Bakının dəmiryol vağzalında ən son vəziyyət
XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.

Vağzal binasının mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olmuş, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.

1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilmişdir. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.