» » Qazaxıstan ordusunun 4 BTR-i Xəzər dənizində batıb

Qazaxıstan ordusunun 4 BTR-i Xəzər dənizində batıb

Qazaxıstan ordusunun 4 BTR-i Xəzər dənizində batıb

Hadisə zamanı 4 hərbiçi ölüb.

Qazaxıstan ordusunun dörd BTR-80 zirehli personal daşıyıcısı “Mərkəz-2015” təliminin ikinci mərhələsi zamanı Aktau yaxınlığında Xəzər dənizində batıb.

ucarliyiq.biz İnterfax-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisə zamanı Qazaxıstan ordusunun dörd müddətdən artıq hərbi qulluqçusu ölüb. 

“Güclə külək və dalğalar görə dənizdə 4 ədəd BTR-80 zirehli personal daşıyıcısı batıb”, - Qazaxıstan Müdafiə nazirliyinin məlumatında bildirilir.

Qazazıstan hərbiçiləri dəqiqləşdirirlər ki, insident Oymaş poliqonu yaxınlığında baaş verib.

Ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov hadisənin səbəblərinin araşdırılması üçün xüsusi qrupun yaradılması barədə tapşırıq verib.