» » Aprel döyüşlərinin fəsadları aradan qaldırılır

Aprel döyüşlərinin fəsadları aradan qaldırılır

Aprel döyüşlərinin fəsadları aradan qaldırılır

Aprel döyüşləri zamanı Tərtər rayonunda dağılmış evlərin bərpası yekunlaşmaq üzrədir. Dövlət başçısının ayırdığı vəsait hesabına 27 ağır dərəcədə dağılmış fərdi yaşayış evinin 17-də tikinti işləri yekunlaşıb. ANS-in Qarabağ bürosundan verilən məlumata görə, Tərtər Rayon İcra Hakimiyyətinin baş memarı Tofiq Kərimov bu haqda bildirib.
Onun sözlərinə görə, aprel döyüşləri zamanı Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində ziyan görmüş 256 evin 51-i Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sifarişi ilə bərpa edilir. 130 evə ərazilərin yenidən qurulması və bərpası agentliyi tərəfindən inşaat materialları paylanıb. İcra hakimiyyətinin sifarişi ilə bərpa olunan 75 evin 27-si isə birinci dərəcəli dağıntı hesab olunur. Həmin evlərin də 17-də bərpa işləri tam yekunlaşıb.

Baş memar onu da bildirdi ki, dağılmış infrastruktur da yenidən qurulub. Ziyan görmüş təhsil ocaqları və digər inzibati binaların bərpasına isə fərdi yaşayış evlərində təmiri başa çatdıqdan sonra başlanacaq.