» » İraqda 16 İŞİD üzvü məhv edilib

İraqda 16 İŞİD üzvü məhv edilib

İraqda 16 İŞİD üzvü məhv edilib

Terrorçuların mövqelərinə artilleriya zərbələri endirilib.

İraq Silahlı Qüvvələri ölkənin qərbində Ənbər vilayətində İŞİD terror qruplaşmasının 16 üzvünü məhv edib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Al Sumaria telekanalı federal polis rəisinin bəyanatına istinadən xəbər verir.

Məlumata əsasən, Ər-Ramadi şəhərinin şərqində, Əl-Bumrad rayonunda, terrorçuların mövqelərinə endirilən artilleriya zərbələri zamanı 16 terrorçu öldürülüb, daha 6 yaralanıb. 

Öldürülənlərdən dördü İŞİD terror qruplaşmasında rəhbər vəzifə tuturdular.