» » Dolların gələcək aylardakı aqibəti

Dolların gələcək aylardakı aqibəti

Dolların gələcək aylardakı aqibəti

“Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırmaq barədə məlumatları yenidən gündəmə gəlibsə deməli bu, ilin sonuna qədər ən azı bir dəfə baş verəcək. Hətta bu prosesin yanvara qədər iki dəfə ola biləcəyi də istisna deyil. Mən uçot dərəcənin artırılmasının hər dəfə olduğu  kimi 0.25% deyil, 0.15% şəklində olacağını düşünürəm. Çünki dünya iqtisadiyyatında baş verən hazırki proseslər bunu göstərir”.

Bu barədə ucarliyiq.biz-ə FES rəhbəri Ester Corcun uçot dərəcəsini mərhələli şəkildə artırılması barədə fikirlərini şərh edən iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ABŞ-ın FES başçıları dəfələrlə dolların uçot dərəcəsinin bahalaşması barədə fikirlər səsləndiriblər:
Hətta ilin əvvəlində belə bir fikir var idi ki, FES uçot dərəcəsini 3-4 dəfə artıracaq. Lakin dünyada baş verən proseslər, Böyük Britaniya referendumu onları bu məsələdə daha ehtiyatlı davranmağa məcbur etdi. Ekspert düşünür ki, hazırki dövrdə uçot dərəcəsinin qalxması bütün dünyada dolların bahalaşmasını sürətləndircək. Onsuzda bu proses son zamanlar ciddi şəkildə davam edir.

Təbii ki, dərəcənin qaldırılması Azərbaycan manatına da təsirsiz ötüşməyəcək.

Natiq Cəfərlinin sözlərinə görə, manata bu təsir iki formada olacaq: “Birincisi, dollar bahalaşdığı zaman qonşu ölkərin milli valyutası dəyər itirəcək. Bu da, haqlı olaraq manata təsir edəcək. İkincisi də, dollar bahalaşanda neftin qiyməti ucuzlaşır. Çünki dollar-neft münasibətlərinə daima tərs mütənasiblik olur. Daha baha dollar daha ucuz neft deməkdir. Neftin ucuzlaşması da təbii olaraq manata təsir edəcək”.
Dolların gələcək aylardakı aqibəti
İqtisadçı FES-in faiz dərəcəsini artıracağı halda belə Mərkəzi Bankın (MB) kəskin devalivasiyaya getməyəcəyini düşünür. Onun sözlərinə görə, ötən il iki dəfə baş verən kəskin devalivasiya ölkə iqtisadiyyatına çox ciddi mənfi təsir edib. Bu devalivasiyaya görə, hələ də istər bank sektoru, istərsə də, real sektor özünə gələ bilməyib.
Dolların gələcək aylardakı aqibəti


“Mənim fikrimcə Mərkəzi Bank son həftələrdə tutduğu yolu davam etdirəcək. Hazırda ölkənin baş bankı gündəlik məzənnəni 0.31 qəpik artırmaqla manatın ucuzlaşdırılmasını yerinə yetirir. FES-in iyulun sonunda baş tutacaq iclasında uçot dərəcəsinin artırılması ehtimalı çox azdır. MB da sentyabrda olan iclasa qədər manatın hissə-hissə ucuzlaşdırılması siyasətini həyata keçirəcək. Belə davam edərsə, yaxın həftələrdə dollar 1.65 AZN həddinə qədər bahalaşacaq. Yəni ki, kəskin artımlar olması ehtimalı çox azdır”.

İqtisadçı onu da bildirdi ki, uçot dərəcəsinin 0.15% həddində artırılması manata və digər valyutalara ciddi şəkildə təsir etməyəcək. Bu təqribən 1 dollarda 3 qəpik olacaq. Lakin bu mesajın özü dünya birjalarında psixoloji bir təsir yaradır.
Dolların gələcək aylardakı aqibəti
Bu gün ABŞ Mərkəzi Bankının uçot dərəcəsini mərhələli şəkildə artırmaq istədiyi barədə məlumat yayılıb. Bildirilir ki, iyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min və ya proqnozlaşdırılandan 107 mindən çox yeni iş yeri açılmasından sonra Kanzas ştatının FES rəhbəri Ester Corc (Esther George) uçot dərəcəsinin olduqca aşağı olduğunu deyib.

“Uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıyam. Bu, risklərin minimuma endirilməsinə yardım edəcək. Arxada qoyduğumuz illər ərzində iqtisadiyyatımız rəqabətqabiliyyətli olduğunu sübut etdi”.