» » İyul ayının pensiyasında gecikmə yoxdur

İyul ayının pensiyasında gecikmə yoxdur

İyul ayının pensiyasında gecikmə yoxdur

"Yaxın bir-iki günə Bakı üzrə, bir həftəyə isə respublika üzrə bütün pensiyalar veriləcək". Bunu ucarliyiq.biz-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev dedi.

Şöbə müdiri bu ay pensiyaların gecikməsi haqda yayılan xəbərlərə aydınlıq gətirərək bildirdi ki, pensiyaların verilməsində heç bir gecikmə qeydə alınmayıb.

"Hər ay olduğu kimi bu ay da pensiyalar Bakı üzrə iyulun 15-də, respublika üzrə 25-də veriləcək. Hər ay çalışırıq ki, pensiyalar ayın axırına kimi qalmasın".

Elman Babayev onu da vurğuladı ki, hər hansı bayramlar ayın sonuna düşəndə, Nazirlik çalışır ki, pensiyaları daha tez versin.

"Lakin Ramazan bayramı bu il ayın əvvəlinə düşüb. Bir çox pensiyaçılar da elə düşünüblər ki, biz bu ay da onların pullarını bayramdan əvvəl verəcəyik. Amma bayramdan əvvəl maliyyələşdirmə mümkün olmayıb", - deyə qurum rəsmisi əlavə etdi.
İyul ayının pensiyasında gecikmə yoxdur
Bu gün redaksiyamıza pensiyaların gecikməsi ilə bağlı şikayətlər daxil olub. Şikayətçilərin sözlərinə görə, onlar bu ay bayramdan əvvəl pensiya alacaqlarını gözləsələr də, amma hələ də pullarını almayıblar.