» » Pan Gi Mun: Müharibəyə son qoyun

Pan Gi Mun: Müharibəyə son qoyun

Pan Gi Mun: Müharibəyə son qoyun

BMT-nin Baş katibi çağırışla çıxış edib.

BMT-nin Baş katibi Pan Gi Mun bütün münaqişə tərəflərini sentybarın 21-də Beynəlxalq Sülh günündə hərbi əməliyyatları dayandırmağa çağırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında bildrilib.

“Mən bütün qarşıduran tərəfləri silahı yerə qoymağa və qlobal atəşkəs rejiminə riayət etməyə çağırıram. Mən onları qətlləri və dağıntıları dayandırmağa və möhkəm sülhün yaradılmasına vasitəçilik edəcək şəraiti yaratmağa çağırıram”, - o deyib.

O, həmçinin 2015-ci il “Sülh üçün tərəfdaşlıq” beynəlxlaq gününün mövzusunu xatırladaraq sülh naminə cəmiyyətin bütün nümayəndələrinin birgə işinin mühümlüyünü qeyd edib. 

Baş katib eləcə də BMT-nin bütün tərəfdaşlarını bu çağırışıa qoşulmağa və “sentyabrın 21-də 24 saatlıq atəşkəsə nail olmaq üçün yorulmadan çalışmağa” çağırıb.