» » Xocahəsənli narkotacirin cəzası ağırlaşdırıldı - FOTO

Xocahəsənli narkotacirin cəzası ağırlaşdırıldı - FOTO

Xocahəsənli narkotacirin cəzası ağırlaşdırıldı - FOTO

O, əməlindən peşman olmasını qeyd edib.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Fuad Əsədullayevin (1976-cı il təv.) CM-nin 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

ucarliyiq.biz xəbər verir ki, ötən il oktyabrın 3-də Baş Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin (BMCMİ) əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonun Xocahəsən qəsəbəsində yaşayan Fuad Əsədullayevin evindən İtaliya istehsalı olan 1 ədəd  “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb.Bundan əlavə axtarış zamanı onun evindən 6 kiloqram qurudulmuş marixuana aşkar edilib.

İstintaqın gedişatında Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir ki, naməlum şəxsdən alıb və yaşadığı evdə saxlayıb, narkotik vasitəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bildirib və əməlindən peşman olmasını qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq prokurorun protestini təmin edərək F.Əsədullayevin cəzasını 9 il 7 ay müddətinə qaldırıb.

C.H.