» » Bərdədə doğuşda əkiz qardaşı ölən körpə Prenatal mərkəzə köçürülür

Bərdədə doğuşda əkiz qardaşı ölən körpə Prenatal mərkəzə köçürülür

Bərdədə doğuşda əkiz qardaşı ölən körpə Prenatal mərkəzə köçürülür

Bərdədə doğuş zamanı əkiz qardaşı ölən körpə Gəncədə yerləşən Prenatal mərkəzə aparılır. Bu barədə ucarliyiq.biz-ə Bərdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Tünzalə Quliyeva məlumat verib. Həkimin sözlərinə görə, artıq uşaqla bağlı bütün sənədlər hazırlanıb və içərisində oksigen balonu olan maşının gəlişini gözləyirlər.
Bərdədə doğuşda əkiz qardaşı ölən körpə Prenatal mərkəzə köçürülür


"Körpənin vəziyyəti hazırda stabildir. Onun yaşaması üçün xəstəxanamızda lazımı tədbirlər görülüb. Amma o, yarımçıq doğulduğu üçün azçəkili uşaqdır. Onun ciyərləri, beyni və s. kimi orqanları tam inkişaf etməyib. Bunun üçün onu prenatal mərkəzə göndərməyə ehtiyac var. Balacaya bundan sonrakı nəzarət orada olacaq", - deyə Tünzalə Quliyeva bildirib.

Uşağın nənəsi Şəhla Qocayeva isə bundan xəbərsiz olduğunu deyib. Nənənin sözlərinə görə, o, az öncə xəstəxanadan gəlsə də, ona orada körpənin harasa köçürüləcəyi barədə heç bir söz deyilməyib.

"Mənə ancaq dedilər ki, günortadan sonra ananı çıxara bilərəm. Amma uşağın vəziyyəti hələ ki, yaxşı olmadığı üçün o, xəstəxanada qalacaq. Uşağın başqa harasa aparılacağı və vəziyyətində hansısa irəliləyişin olub-olmadığı haqqında heç nə eşitmədim".

Nənənin sözlərinə görə, artıq iki gün öncə doğuş zamanı ölən oğlan uşağının meyiti dəfn edilib. 

İyulun 11-də 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Onun 1,500 və 1,300 qram çəkidə olan əkizləri olub. Doğum zamanı əkiz uşaqlardan biri dünyasını dəyişib.

Qadının yaxınları uşaqların ölümünə həkim səhlənkarlığının səbəb olduğunu deyir.