» » Məmurlar zəbt etdikləri torpaqları qaytaracaq?

Məmurlar zəbt etdikləri torpaqları qaytaracaq?

Məmurlar zəbt etdikləri torpaqları qaytaracaq?

İstifadəyə yararlı torpaqların vəzifəli şəxslər tərəfindən zəbt olunması, təyinatı üzrə işlədilməməsi ölkə prezidentinin dilindən bir daha gündəmə gəldi. Sadə insanlar prezidentin bu dəstəyini müsbət qiymətləndirərək reallıqda yerli sakinlərin torpaqsızlıqdan çox əziyyət çəkdiklərini deyirlər. Bildirirlər ki, ailə sayına görə lazımi qədər torpaq sahəsi ala bilmədikləri halda yüksək çinli məmurlar hektarlarla ərazini hasara alıb, heç kimə işləmək imkanı vermirlər.

Quba sakinlərinin sözlərinə görə, rayonda səfalı ərazilərdə hər addımbaşı hasar alınmış, amma istifadə edilməyən boş sahələr var. Hətta əkin, örüş, çay sahili, meşə kənarı, meşədaxili ərazilər də hasara alınıb. 
Məmurlar zəbt etdikləri torpaqları qaytaracaq?


ucarliyiq.biz-in əməkdaşı apardığı müşahidələr zamanı Qubanın Xınalıq, Qımıl kənd yolları boyu onlarla dəbdəbəli evlərin də, istirahət mərkəzlərinin də əhalinin istifadə edə biləcəyi yerlərdə ucaldığının şahidi olub. Əksər bahalı imarətlər isə zəbt edilmiş yerdə inşa edilsə də, onlarda yaşayış yox idi. Dövlət başçısının işlək torpaqlarla bağlı məmurlara sərt iradı bəzi qurumları hərəkətə keçirib.

Hələlik Qubada zəbt edilmiş torpaqda inşa edilmiş bahalı evlərin söküldüyü müşahidə edilməsə də, Əmlak Məsələri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, torpaqların qanunsuz tutulması ilə bağlı Xaçmazda 92, Qubada 83, Qusarda 74 qanun pozuntusu aşkar edilib, müvafiq qurumlara bildirişlər verilərək, protokol tərtib edib. Qubadakı kənd təsərrüfatı idarəsi də əməli işə keçdiklərini deyirlər.

Əsas məsəl isə ərzaq bolluğu yaratmalı ola biləcək yararlı torpaqları məmurdan alıb sadə kəndliyə verilməsidir. Əsas da ona görə ki, kəndlinin bütün dolanışığı torpaqdan çıxır. Həm də məhsul bolluğu bazarlarda sərfəli qiymət deməkdir.
Məmurlar zəbt etdikləri torpaqları qaytaracaq?

Məmurlar zəbt etdikləri torpaqları qaytaracaq?

Məmurlar zəbt etdikləri torpaqları qaytaracaq?

Məmurlar zəbt etdikləri torpaqları qaytaracaq?