» » ABŞ-da ordu naziri gey ola bilər

ABŞ-da ordu naziri gey ola bilər

ABŞ-da ordu naziri gey ola bilər

Onu ən yüksək ixtisaslı mütəxəssislərdən biri adlandırırlar.

ABŞ prezidenti Barak Obama ordunun işləri üzrə nazir vəzifəsinə son zamanlar Pentaqonda rəhbər vəzifələr tutan gey Erik Fenningenin namizədliyini irəli sürüb.

ucarliyiq.biz xəbər verir ki bu barədə cümə günü sentyabrın 18-də "The Wall Street Journal” nəşri yazıb.

47 yaşlı Fenninqi Pentaqonda “parlayan ulduz” kimi qiymətləndirilər. Onu ən yüksək ixtisaslı mütəxəssislərdən biri adlandırırlar. Obamanın sözlərinə görə, Fenninqin çoxillik təcrübəsi var və müstəsna lider keyfiyyətlərinə malikdir.

“Mən ona bizim hərbçi kişi və qadınlarımıza sadiqliyinə görə minnətdaram və əminəm ki, o Amerika əsgərlərinə çox gözəl rəhbərlik edəcək”, - ABŞ prezidenti deyib.

“CBS News”un sabiq jurnalisti Fenninq son zamanlar Eşton Karterin rəhbərlik etdiyi ABŞ Müdafiə Nazirliyində qərargah rəisi olub. Buna qədər o, Hərbi Hava Qüvvələri nazirinin müavini vəzifəsində işləyib.

Əgər Senat Fenninqin namizədliyini təsdiqləyərdə, o, bu vəzifədə Respublika partiyasından sabiq konqressmen Con Makhyunu əvəz edəcək.

“Hərbçilərin geylər haqqında fikri, 1993-cü ildə sabiq prezident Bill Klintonun apardığı “soruşma, danışma” siyasəti ilə müqayisədə radikal şəkildə dəyişib”, - nəşr qeyd edir.

ABŞ-da ordu naziri gey ola bilər

ABŞ-da ordu naziri gey ola bilər

ABŞ-da ordu naziri gey ola bilər