» » Suyu təhlükəli olan ölkələr

Suyu təhlükəli olan ölkələr

Suyu təhlükəli olan ölkələr

Hansı ölkədə krandan su içmək olar? Bu adda maraqlı araşdırmanı Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri aparıb. Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.

Belə ki, üçüncü ölkələrə səfər zamanı butulklarda satılan sudan alırlar. Lakin Avropa ölkələrində buna bir o qədər də fikir verən olmur. Bəzi hallarda krandan içilən su diareya, Hepatit A, xora və sairə səbəb ola bilər.

Bəzi ölkələrdə isə kran suyu ilə diş də yumaq, duş zamanı bir damla su udmaq belə xoşagəlməz nəticələrə gətirib çıxara bilər. 

Kran suyundan istifadənin nisbəən təhlükəsiz olduğu region Qərbi avropa olub. Məsələn, Sloveniyada bu suyu rahatlıqla içmək olar, Xorvatiyada isə məsləhət deyil. 

Ekspertlər düşünürlər ki, Finlandiya və Latviyada su təhlükəsiz, onların qonşusu olan Estoniya və Litvada isə təhlükəlidir. 
Suyu təhlükəli olan ölkələr
Təhlükəli ölkələr arasında Azərbaycanın da adı var. Nüfuzlu qəzetin ekspertləri bu sudan içməyi məsləhət görmürlər. Bu siyahıda aşağıdakı ölkələr də yer alıb:

Moldova, Belarus, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Bolqarıstan, Monteneqro, Kipr və sairə. 
Suyu təhlükəli olan ölkələr