» » 23 il həbsdə olan şəxs: Bütün “srok”um tiryəklə olub - VİDEO

23 il həbsdə olan şəxs: Bütün “srok”um tiryəklə olub - VİDEO

23 il həbsdə olan şəxs: Bütün “srok”um tiryəklə olub - VİDEO

“Əlində qara torba ilə gəldi.”

Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Firuz Əliyevi saxlayıb.

ucarliyiq.biz xəbər verir ki, APA TV-nin xəbərinə görə, saxlanılan zaman onun üzərindən 4 kiloqramdan artıq tiryək aşkarlanıb.

47 illik ömrünün 23 ilini həbsxanalarda keçirən Firuz Əliyev tiryəki təsadüfən çayxanada tanış olduğu İsmayıl adlı şəxsdən aldığını bildirib: 

“Təxminən sentyabrın 10-da Keşlə qəsəbəsində o adamla görüşdüm. Birlikdə çay içdik. Mənə dedi ki, nəsə problem olsa, xəbər elə. Sentyabrın 15-də vəziyyətim yaxşı deyildi. Gəldim Keşləyə. Onunla görüşdük, dedim ki, demişdin, gəlmişəm. Məni apardı “Şanxay evləri”nə, dedi ki, gözlə gəlirəm”.

15 dəqiqə sonra İsmayıl bir torba tiryəklə geri qayıdıb: 

“Əlində qara torba ilə gəldi. Torbanı və balaca bir bükümü mənə verdi. Dedi ki, bu sənindir, qalanını yerbəyer elə, pulunu yavaş-yavaş ödəyərsən. Mən onu satası deyildim. Çünki bütün "srok"um tiryəklə olub. Özün istifadə etmək üçün götürdüm ondan”.

Firuz Əliyevin sözlərinə görə, tiryəkdən ağrıkəsici kimi istifadə edib. Onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olma maddəsi ilə sayca 6-cı cinayət işi başlanılıb.