» » Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?

Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?

Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?

Dünyanın ən bahalı və eyni zamanda insanların ən çox doğuş üçün üz tutduqları ölkələrin adları açıqlanıb. ucarliyiq.biz-in məlumatına görə, siyahıda 11 ölkə yer alıb.

1. Siyahıya ABŞ liderlik edir. ABŞ doğuş üçün ən bahalı ölkə hesab olunsa da, bir çox xalqların, xüsusilə rusların daha çox üz tutduqları ölkədir. Burada təbii doğuş zamanı 8, 775 dollar, qeysəriyyə doğuşu üçün isə 11, 525 dollar həcmində pul ödəmək lazımdır. Amma qiymətlər ölkənin şəhər və klinikalrından asılı olaraq dəyişir. 

Adətən valideynlər ABŞ-da doğuşu bir sıra səbəblərdən seçirlər. İlk növbədə burada həyata gələn uşaq avtomatik olaraq ABŞ vətəndaşlığını alır. Bu isə həmin uşaqların digər ölkədən gələn uşaqlardan fərqli olaraq, daha ucuz qiymətə təhsil almalarına kömək edəcək. Bundan əlavə uşağın 21 yaşı olanda, onun ixtiyarı var ki, valideynlərini yanına çağırsın və ona da rəsmi vətəndaşlıq alsın.

Ştatların doğuş üçün ən bahalı şəhərləri bunlar hesab olunur: 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
2. İsrail. Bu ölkəyə üstünlük verməyin əsas səbəbləri bunlardır: bir çox ölkələrin oraya viza ala bilməməsi, dil problemi və qiymət kateqoriyası. Bundan başqa, İsrail dünyada yüksək tibb xidmətləri ilə məşhurdur. Burada hətta ən ağır doğuşu belə həyata keçirmək mümkün olur. Doğuş üçün qiymətlər burada 6 min avrodan 30 min avro arasında dəyişir. 

İsrail klinikasında dünyaya gələn uşağa geyim və pampers klinikia tərəfindən verilir. Amma bu ölkədə doğulan uşaqlar buranın vətəndaşlığını ala bilmirlər. 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
3. Almaniya. Dünyada doğuş zamanı ən az uşaq ölümü olan ölkədir. Bu ölkə də uşağa vətəndaşlıq verir. Lakin valideynlərdən biri də mütləq Almaniya vətəndaşı olmalıdır. Doğuş üçün qiymətlər isə şəhərlərdən asılı olaraq dəyişir. Əsasən burada uşaq dünyaya gətirənlər 5-9 min avro həcmində pul xərcləməli olurlar. 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
4. İsveçrədə doğuşlar həddindən artıq bahadır. Amma burada uşaq dünyaya gətiməklə yanaşı, ana həmçinin dincələ bilər. Doğuş üçün nəzərdə tutulan klinikalar təbiət gözəllikləri ilə əhatə olunub, uşağa və anaya lazım olan bütün rahatlığı burada tapmaq olar. Doğuşun qiyməti 22 min avrodan başlayır. 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
5. Tayland - rusların üz tutduqları daha bir ölkə. Bunun üçün onların səbəbi var. Burada tibb çox sürətlə və yüksək səviyyədə inkişaf edir. Buradakı klinikalar ən son texniki avadanlıqlarla təchiz olunub.

Xəstələrə Amerika standartlarına uyğun xidmətlər göstərilir. Taylandlılar çox mədəni və nəzakətlidirlər. Bu da həmin an anaya vacib olan yanaşmadır ki, Rusiyada buna çox nadir hallarda rast gəlmək olar. Taylandda minimum doğuş haqqı min avro dəyərindədir. 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
6. Kanada da doğuş zamanı ölüm və şikəst uşaqların az rast gəlindiyi ölkələrdəndir. Təbii doğuş zamanı ana və uşağı 24 saatdan sonra, qeysəriyyə doğuşu zamanı isə 3 gündən sonra evə yazılır.

Doğuş üçün Kanadaya üz tutmanın daha bir səbəbi bu ölkənin də doğulmuş uşağa vətəndaşlıq verməsidir. Doğuş haqqı burada özəl və dövlət xəstəxanasına görə dəyişir. Əsasən qiymətlər 13 min Kanada dollarından başlayır. 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
7. Finlandiya - rahat doğuş, yüksək tibbi xidmət  və xəstəyə yanaşma xüsusiyyətlərinə görə seçilən ölkələrindəndir. Əsasən doğuş burada 7 min dollardan başlayır.

Fin həkimləri təkcə doğuş zamanı deyil, eyni zamanda anaları hamilə vaxtı müayinə edir, düzgün diaqnoz qoyur və ana bətnində körpəyə lazım olan müalicəni aprırlar. 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
8. Avstriya - burada doğuşlar Almaniyadan fərqli olaraq, iki dəfə daha ucuzdur, baxmayaraq ki, buranın həkimləri Almaniya həkimlərindən heç də geri qalmırlar. Belə ki, doğuş haqqı burada 7,500 avrodan başlayır.

Artıq bir neçə ildir ki, burada adətən yaşı 30-dan yuxarı olan analar uşaq dünyaya gətirirlər. Doğuş isə ananın istəyi ilə həyata keçirilir. Belə ki, doğuş zamanı musiqi səslənə bilər, ana masaj oluna bilər, ana aromaterapiya oluna bilər. Doğuş ayrı-ayrı zallarda həyata keçirilir. Bu vaxt otaqda ata və yalnız mamaça iştirak edə bilər. Digər tibb işçiləri isə başqa otaqda hazır vəziyyətdə dayanırlar.
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
9. Fransada doğuş sanki ev şəraitindəki doğuşa bənzəyir. Burada bütün xidmətlər ananın rahatlığına xidmət edir.

Klinikadan asılı olaraq, burada doğuş qiyməti 5-30 min dollar arası dəyişir. Doğuş zamanı atanın da iştirakına icazə verilir. Bundan başqa, ata uşaq doğulduqda göbəyi kəsə də bilər. 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
10. Böyük Britaniya - adətən əkiz və üçəm doğan analar buraya müraciət edirlər. Çünki bu cür doğuşlar məhz Böyük Britaniyada faciəsiz həyata keçirilir.

Belə ki, min uşaq arasında 4 və ya daha az ölüm halı qeydə alınır. Doğuş haqqı isə burada 6-10 min dollara başa gəlir.
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?
11. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hamiləliyə orqanizmin adi halı kimi yanaşırlar. Burada ana vaxtı-vaxtında seçdiyi ginekoloq yanına gedir və istədiyi həkim də onun doğuşunu həyata keçirir.

Bu ölkədə xüsusi doğum evləri yoxdur. Xəstəxanaların tərkibində doğum şöbələri var ki, onlar da pulludur. Doğuş zamanı atanın iştirakına icazə verilmir. Onlar düşünürlər ki, ata doğuşda iştirak etsə, onun həyacanı anaya da keçir. Doğuş haqqı BƏƏ-də 10-12 min dirhəmdir. 
Doğuş üçün ən çox üz tutulan ölkələr hansılardır?