» » İranda daşqınlar nəticəsində 10 nəfər ölüb

İranda daşqınlar nəticəsində 10 nəfər ölüb

İranda daşqınlar nəticəsində 10 nəfər ölüb

Ölkənin 31 vilayətindən 10-u daşqınların təsirinə məruz qalıb.

İranda daşqınlar nəticəsində ən azı 10 nəfər ölüb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə France-Presse agentliyi yerli telekanallara istinadən xəbər verir.

Məlumata əsasən, altı nəfər Pakdaşt şəhərində çayın qırağında piknik zamanı ölüb.

İçərilərində iki uşaq olan daha dörd nəfər isə ölkənin cənubunda Xormozqan vilayətində baş verən daşqınların qurbanı olub.

Agentliyin məlumatına görə, ümumilkdə ölkənin 31 vilayətindən 10-u daşqınların təsirinə məruz qalıb.