» » Azərbaycanda valideynlik hüququndan məhrumetmə qanunu sərtləşdirilir

Azərbaycanda valideynlik hüququndan məhrumetmə qanunu sərtləşdirilir

Azərbaycanda valideynlik hüququndan məhrumetmə qanunu sərtləşdirilir

Bakıda çəkilən və sosial şəbəkədə yayılan bir video bir çox valideynin narazılığına səbəb olub. ucarliyiq.biz-in məlumatına görə, videoda atanın 3-cü mərtəbənin eyvanından öz övladını sallaması əks olunub.

Görüntülər üzbəüz binada yaşayan bir insan tərəfindən qeydə alınıb. Videodan aydın görünür ki, ata məsuliyyətsiz şəkildə uşağı hündürmərtəbəli binanın eyvanın aşağı sallayır və övladının yıxılmasından ehtiyat etmir.

Ümumiyyətlə, son zamanlar valideynlərin övladlarını diqqətkənar buraxması və onlara məsuliyyətsiz yanaşmaları, sonda günahsız körpələrin ölümü ilə nəticələnir. Odur ki, son iki ayda uşaq ölümü ilə bağlı 5 hadisə baş verib. 

Mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb.
Ailə, qadın, uşaq komitəsinin hüquqi təminat şöbəsinin müdiri Seymuq Məmmədov deyir ki, ölkəmizdə uşaqlarına məsuliyyətsiz yanaşan hər bir valideyni övladından məhrumetmə gözləyə bilər. 

"Valideyn və uşaq münasibətləri çox həssas bir mövzudur. Hər iki tərəfin hüquq və vəzifələri var. Amma bu gün əsas məsələlərdən biri valideyn məsuliyyətsizliyidir. Onlar uşaqlarını özbaşına buraxdıqda, uşaqların tərbiyəsində iştirak etmədikdə, son hədd kimi valideynlər valideynlik hüququndan məhrum olunurlar", - deyə qurum rəsmisi bildirdi.
Azərbaycanda valideynlik hüququndan məhrumetmə qanunu sərtləşdirilir


Seymuq Məmmədov deyir ki, uşaq və valideynlərlə bağlı bütün məsələlər ailə məcəlləsinin 64 maddəsində öz əksini tapıb. Valideynlərdə həmin maddədə göstərilən müddəalardan biri aşkar olunarsa, məsələn, valideyn öz vəzifələrini yerinə yetirmədikdə; valideyn öz hüququndan sui istifadə etdikdə və s. valideynin valideynlik hüququndan məhrumetmə gözləyir. 

"Eyni zamanda, komitə inzibati xətalar məcəlləsinə və cinayət məcəlləsinə valideyn məsuliyyətinin artırılması ilə bağlı dəyişiklik edilməsi ilə əlaqədar təkliflər irəli sürüb. Təkliflər ötən ilin mayında qəbul edilib və inzibati xətalar məcəlləsinin 34, 51, 236, 297, 307 maddələrinə, cinayət məcəlləsinin isə 151, 152, 153 və 172-ci maddələrə dəyişiklik edilib və valideynlərə qarşı sansiyalar artırılıb", - deyə qurum nümayəndəsi qeyd etdi. 

Seymuq Məmmədov deyir ki, valideynlikdən məhrumolma çox nadir hallarda baş verən prosesdir. "Valideynlərin övladları ilə mənfi rəftarı ya övladları, ya da qohumları tərəfindən aidiyyatı orqanlara bildirilir. Bundan sonra 6 ay müddətinə müvəqqəti valideyn övladından məhrum olur. Daha sonra onun övladına münasibətinin dəyişilib-dəyişilmədiyi öyrənilir. Əgər ata və ya ana övladına qarşı yenə zorakı hərəkətlər tətbiq edərsə, ona məsuliyyətsiz yanaşarsa, bu zaman artıq icra hakimiyyəti vəsatətlə çıxış edib, valideyni valideynlik hüququndan məhrum edə bilər". 
Azərbaycanda valideynlik hüququndan məhrumetmə qanunu sərtləşdirilir


Komitə işçisi əlavə etdi ki, valideynindən məhrum olmuş uşaq ya digər valideynin yanında qalır, ya da hər iki valideynindən məhrum olunubsa, ona sahib çıxan qohumuna, ən son halda, uşaqlar evinə verilir. 

Ötən gün Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da son vaxtlar azyaşlıların yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri barədə yayılan çoxsaylı xəbərlərə münasibət bildirib. 

Hər iki qurum ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynləri azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

Biz də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun fikirlərinə şərik olaraq, valideynləri övladlarını lazımınca tərbiyə vermələrini, müəyyən yaşa qədər uşağı diqqətdən kənar qoymamalarını və övladlarını fövqəladə hal zamanı özünü düzgün aparmağa hazırlamalılarını tövsiyyə edirik.