» » Türkiyədə küçədə 5 min dollara od vurdular

Türkiyədə küçədə 5 min dollara od vurdular

Türkiyədə küçədə 5 min dollara od vurdular

Türkiyənin Aydın əyalətinin Nazilli rayonunda toylarda şabaş olaraq səpilən saxta dollarlara etiraz olaraq bir qrup musiqiçi küçənin ortasında 5 min dollara od vurub.

ucarliyiq.biz-in məlumatına görə, Türkiyədə bir çox musiqiçilərin qorxulu yuxusuna çevrilən saxta dollarlar Aydın toy musiqiçlərini özündən çıxarıb.
Türkiyədə küçədə 5 min dollara od vurdular


Bir yerə toplaşan 30-a yaxın musiqiçi etiraz əlaməti olaraq özləri ilə gətirdikləri 5 min saxta dolları yandırıb. Dövlət məmurlarına çağırış edən sənətçilər bu cür saxta valyutaların çap edilməsinin qarşının alınması tələb edib.

Bu cür halların insan əməyinə hörmətsizlik olduğunu, söyləyən etirazçılar toylarda saxta dollar ataraq özlərini varlı göstərməyə çalışan insanların bu əməllərin onlara pis təsir etdiyini bildirib.
Türkiyədə küçədə 5 min dollara od vurdular
"Biz heç kimdən zorla pul istəmirik, lakin atılan bu saxta pullar bizə qarşı bir təhqirdir. Biz musiqiçilər çox duyğusal insanlarıq. Ələ mikrofon alıb oxumaq özü bir məharətdir. Lakin bundan sonra pozulan əhval ruhiyyə toyun sağlam və gözəl davam etməsinə mənfi təsir edir. Unutmayın ki, bizlər də ailə saxlayırıq. Bütün gəlirlərimiz aşağı düşüb. Əsl insanların saxtalığına yox deyirik" - deyə musiqçilər bildirib.

"Hansı insan nəzir qutusuna saxta pul atır? Belə bir şey ola bilməz. Amma toy mərasimində özülərini göstərmək naminə gedib saxta pul tapıb atırlar"-deyə musqiçi Nihat Ülkər bildirib.
Türkiyədə küçədə 5 min dollara od vurdular