» » Təhsil nazirindən pullu imtahan xəbərinə reaksiya

Təhsil nazirindən pullu imtahan xəbərinə reaksiya

Təhsil nazirindən pullu imtahan xəbərinə reaksiya

"Qəbul imtahanlarının gələn ildən ödənişli əsasla həyata keçirilməsi əvvəlcə geniş müzakirə olunmalıdır". ucarliyiq.biz-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Nazirliyin hesabatında deyib.
Təhsil nazirindən pullu imtahan xəbərinə reaksiya


Nazir Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının gələcəkdə ödənişli əsaslarla aparılması fikrinə münasibət bildirərək, qeyd edib ki, bu məsələ haqqında qərar geniş şəkildə müzakirə olunduqdan sonra qəbul olunacaq.

"DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir. Təbii ki, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı bir şəkildə maliyyələşdirilməsi məsələsi qoyulur. Lakin burada başqa bir məsələ təhsilalanlar üçün xidmətlərin sifarişçisi kimi dövlətin çıxış etməsidir. Ona görə də həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi sual yaradır. Bunun dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən maliyyələşəcəyi sual altındadır. Ona görə məsələ müzakirəsiz həll oluna bilməz".

Mikayıl Cabbarov əlavə edib ki, bu məsələnin həllinə həmkarı Məleykə Abbaszadə və digərləri ilə birgə işlənərək baxılacaq.
Təhsil nazirindən pullu imtahan xəbərinə reaksiya