» » İşıq pulunun qalxmasının əsl səbəbi

İşıq pulunun qalxmasının əsl səbəbi

İşıq pulunun qalxmasının əsl səbəbi

"Kommunal xidmət göstərən qurumlarda şəffaflıq yoxdur. İmkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir. Bu isə elektrik enerjisinin qalmasına səbəb olan amillərdən biridir".
Bunu ucarliyiq.biz-ə iqtisadçı-ekspert Samir Əliyev bu gündən elektrik enerjisinin qiymətinin artmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, növbəti qiymət artımı nəqliyyat sistemində olacaq.

“Böhran dünya bazarında neftin ucuzlaşması, büdcə xərclərinin azalması səbəbindən elektrik enerjisinin qiymətinin qalxması gözlənilən idi. Çünki kommunal sektorda infrastrukturun qurulması üçün hər il dövlət büdcəsindən milyonlarla manat pul xərclənirdi. Son illərdə bu istiqamətdə milyarddan çox pul xərclənib. Artıq bu pul getdikcə azalır”, - Samir Əliyev deyib.
İşıq pulunun qalxmasının əsl səbəbi


Ekspert iddia edir ki, kommunal xidmət göstərən qurumlarda şəffaflıq yoxdur. O deyir ki, imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir:

“Kommunal xidmət göstərən qurumların hər biri ayrı-ayrılıqda belə bir fikir səsləndirirdilər ki, istehsal etdikləri məhsulun maya dəyəri onun satış qiymətindən bahadır. Amma bu məsələ ilə bağlı suallar var. Əvvəla, şəffaflıq yoxdur. Biz haradan bilək ki, həqiqətən məhsulun maya dəyəri baha başa gəlir, bu məsələdə şişirtmə yoxdur?İkincisi, işçilərin çoxluğu qiymətə təsir edir. Bir nəfərin görməli olduğu işi 3-4 nəfər görürsə, təbii ki, bu, maya dəyərinə təsir edəcək. Üçüncüsü isə, istər su, istərsə də qaz, işıq pullarının ödənişlərində müşahidə edirik ki, daha çox adi vətəndaşlar ödənişi həyata keçirir. Amma imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir. Həmin pulu da əhalidən çıxırlar. Bu problemlər həll olunmayınca, qiymətlər qalxmaqda davam edəcək. Düşünürəm ki, bu artım digər qiymətlərə də təsir edəcək". 
İşıq pulunun qalxmasının əsl səbəbi
İqtisadçının sözlərinə görə, artım 1 qəpik də olsa ümumi götürəndə bu, 16-17 faiz deməkdir:

“Növbəti artımlardan birinin nəqliyyat sektoru ilə bağlı olacağını istisna etmirəm. Bu, gözləniləndir, amma konkret vaxtını deyə bilmərəm. Artım bir qəpik olsa da, ümumi götürəndə bu, 16-17 faiz deməkdir”.