» » Fransada terror aktı: 80-dən çox ölən var- Video yeniləndi

Fransada terror aktı: 80-dən çox ölən var- Video yeniləndi

Fransada terror aktı:  80-dən çox ölən var- Video  yeniləndi



2:28 / Bayramı qeyd edən sakinlər hücuma məruz qaldılar


Fransanın Nitsa şəhərində terror aktı baş verib. Atəşfəşanlığı izləyən kütlənin üstünə hərəkət edən yük maşını insanların üstündən keçib. Ardınca avtbusdakılar kütləyə silahlı hücum edib.

ucarliyiq.biz-in Fransa KİV-lərinə istinadən verdiyi məlumata görə, Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib. Nəticədə 50 nəfərdən çox insan həlak olub.

Hadisə yerinə çatmış polislə silahlılar arasında atışma da yaşanıb. "France Press"in dediyinə görə, şəhər meriyası Nitsa sakinlərindən evlərindən bayra çıxmamağı tələb edib.