» » Məşhur oyun oğurluqların sayını artırdı

Məşhur oyun oğurluqların sayını artırdı

Məşhur oyun oğurluqların sayını artırdı

"Niantic" şirkətinin bu günlərdə istifadəyə verdiyi Pokemon Go virtual oyunu sürətlə populyarlıq qazanmağa başlayıb. Oyun artıq gündəlik istifadəyə görə Twitter kimi nəhəng sosial şəbəkəyə meydan oxuyur.

ucarliyiq.biz-in məlumatına görə, hələlik yalnız ABŞ ərazisində istifadə olunan oyun görünməmiş ajiotaj yaradıb. Proqramın özəlliyi ondan ibarətdir ki, istifadəçi Pokemon Go-nu telefonuna yükləyir və küçələrdə “Pokemon” cizgi filmindən tanış olan obrazları tutaraq xal qazanır. Əvvəllər virtual oyunçular kompyuter arxasında otururdularsa, indi onlar hər yerdə Pokemon axtarırlar.
Artıq Pokemon Go oyunu oğurluq və bədbəxt hadisələrə də səbəb olub. İstifadəçiləri həmin yerlərdə gözləyən qarətçilər onların telefonunu, pullarını əllərindən alırlar. Pokemon Go oyunçunu istənilən yerə apara bilər: dəmiryolu xətti, metro, qəbiristanlıq və s. Bir nəfər isə sükan arxasında bu oyunu oynadığı üçün qəzaya düşüb. ABŞ-ın bəzi şəhərlərində kilsə, muzey, kitabxana işçiləri artıq “pokemonçu”lardan narazılıq edirlər. Eyni zamanda oyunun casus proqramı olduğunu deyənlər də var. Belə ki, proqram telefonun kamerası, ekranı, hətta sənədlərinə də nəzarət edir. Yəni oyunçu şəhərdə kamera ilə gəzərək ətrafda hər yeri çəkir və görüntülər arxivləşdirilir.

Məşhur oyun oğurluqların sayını artırdı


Oyun zamanı mobil telefonun videokamerası aktiv olur və bu da virtual və real mühiti birləşdirmək imkanı verir. İstifadəçi smartfonu qarşısında tutur, ekranda isə obrazların şəhərin harasında gizləndiyi görünür.

Bu obrazlar uğrunda eyni zamanda bir neçə nəfər də mübarizə apara bilər. Odur ki, bir neçə şəxsin virtual savaşı da baş verir. ABŞ-da başlayan “pokemonomaniya”nın tezliklə bütün dünyanı əhatə edəcəyi ehtimal edilir.

Ötən gün Pokemon Go oynayan şəxsin ölümü ilə nəticələnən hadisə yaşanıb. Oynamağa başı qarışan kişi qatarın yaxınlaşdığının fərqində olmayıb.