» » Məleykə Abbaszadə 25 manatlıq imtahandan danışdı - "Dövlət bizə pul ayırmır"

Məleykə Abbaszadə 25 manatlıq imtahandan danışdı - "Dövlət bizə pul ayırmır"

Məleykə Abbaszadə 25 manatlıq imtahandan danışdı - "Dövlət bizə pul ayırmır"

"Dövlət tərəfindən DİM-ə pul ayrılmır". Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarının ödənişli olması barədə məlumata aydınlıq gətirib.
Məleykə Abbaszadə 25 manatlıq imtahandan danışdı - "Dövlət bizə pul ayırmır"


ucarliyiq.biz-in məlumatına görə, qurum rəhbəri bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dövlət qurumu olduğu üçün hər il ona 7 milyon manat vəsait ayrılır. Bunun 5 milyon manatı imtahanlara sərf edilir. 

"Biz hesablamışıq ki, xərclər 25 manat edir. Əgər dövlət tərəfindən DİM maliyyələşərsə qəbul imtahanları pulsuz olacaq. Əks halda yox". 

M. Abbaszadə qəbul imtahanlarının ödənişli olacağı halda belə abituriyentlərin sayına təsir edəcəyinə inanmadığını da deyib. 

"Biz hələ demirik ki, 25 manatı mütləq abituriyent ödəsin. Sadəcə deyirk ki, bir abituriyent üçün 25 manat xərcləyirik. Bəlkə başqa təkliflər də oldu. Bunu deyə bilmərəm".
Ə.Ağayev: "Məleykə Abbaszadə dövlət əhəmiyyətli səhv edir"
Məleykə Abbaszadə 25 manatlıq imtahandan danışdı - "Dövlət bizə pul ayırmır"