» » Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Məhkəmə prosesi başa yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Malik Xoştərovun (1960-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa yekunlaşıb. 

ucarliyiq.biz xəbər verir ki, bu il iyunun 13-ü saat 14 radələrində Malik Xoştərov uşaqlıqdan tanıdığı Zahid Abbasovla (1958-ci il təv.) “Neftçilər” metrostansiyasının yaxınlığına görüşərək, sonuncunun dəvəti ilə nahar etmək üçün yaşadığı Xətai rayonu, Neapol küçəsi, 43 ünvanında yerləşən peşə liseyinin yataqxanasına yollanıblar. 

Ora gedərkən mağazadan 750 ml. araq alıblar, evdə yeyib-içəndən sonra Zahidin təklifi ilə kafedə pivə içiblər. Oradan yenidən Abbasovun evinə qayıdaraq yemək yeyiblər, saat 22 radələrində oturub televizora baxarkən Zahid otağdan çıxıb və bir neçə dəqiqədən sonra geri qayıdaraq, əsaslı səbəb olmadan ünvanına nəlayiq ifadələr işlədib. Onun sifətinə başı ilə zərbə vuraraq, əl və ayaqla xəsarətlər yetirib. Onun hərəkətlərindən hiddətlənən Malik Xoştərov masanın üstündən matbəx bıçağını götürüb, Zahidə ardıcıl zərbələr endirərək, onu qəsdən öldürüb. Səhərisi gün saat 12-də arvadı və uşaqları ilə sağollaşan Xoştərov könüllü Xətai RPİ 34-cü polis bölməsinə gələrək, təslim olub. 

Araşdırma zamanı hər iki şəxsin əvvəllər məhkum olunması məlum olub. 2009-cu ildə Ağır Cinayətlətə dair işlər üzrə məhkəmənin hökmü ilə CM-nin 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən M.Xoştərov 7 il müddətinə azadlıqdan məhrum olunub, 2013-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin əfv fərmanı ilə vaxtından əvvəl cəza çəkməkdən azad edilib. Azadlığa çıxanadan sonra Malik Xoştərov fəhlə kimi əmək fəaliyyəti ilə, mərhum Zahid Abbasov isə idarə etdiyi “Azsamand” markalı avtomaşında taksi fəaliyyəti ilə məşqul olub.   

Məhkəmə prosesində Malik Xoştərov ittiham üzrə özünü təqsirli hesab edərək Zahid Abbasovu Ağdam şəhərində yaşadığı vaxtdan tanıdığı və aralarında normal münasibətlərində olduğunu bildirib. Daha sonra onunla bir daha 11 saylı cəzaçəkmə müəssisəsində görüşüb, azadlığa çixandan sonra Zahid də azadlığa çıxıb və onlar bir neçə dəfə şəhərdə görüşüblər. 

İyunun 13-də Zahid ona zəhg edərək “Neftçilər” metrostansiyasının yaxınlığında taksi ikimi fəaliyyət göstərdiyi yerə dəvət edib. Oradan Abbasovun evinə yollanıblar və yemək yeyərkən bir şüşə araq içiblər, Zahid soyuducudan ikinci arağı çıxardıqda Malik “28 may” metrosuna tərəg getməli olduğunu və daha içmək istəmədiyini deib. Bundan sonra o, Zahidlə birlikdə dəqiq hara getdiyini və ya nə etdiyini xatırlamadığını bildirib. 

Tanışı haradansa ötürdüyü zaman onu tək qoyub, əetməməsini bildirdiyi üçün, yenidən Abbasovun evinə qayıdıblar. Oturub televizora baxarkən Zahid çölə çixib və 5 dəqiqədən sonra əlində iri bıçaqla üstünə cumub, öldürmək istəyib, bunu görən Malik onu qucaqlayıb və yalvarmağa başalyıb. Abbasov əllərinin tutulduğunu görərək onu başı ilə vurub və bu səbəbdən Xoştərovun burnunun üstü qanayıb.Bundan sonra Zahidin bıçağını sol əlindən alaraq böyür hissəsindən vurub, onu neçə dəfə vurduğunu xatırlamayıb. “Bunu istəyirdin Zahid?” deyib, otağda yemək yedikləri stolu tərsinə çevirərək onun üstünə atıb və çıxıb, gedib. Xoştərov əməlindən çoc peşman olduğunu qeyd edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

Yataqxanada həmyerlisini öldürən şəxsə ağır cəza verildi - FOTO

C.H.