» » Rusiyanın Komi Respublikasının rəhbəri barəsində cinayət işi qaldırılıb

Rusiyanın Komi Respublikasının rəhbəri barəsində cinayət işi qaldırılıb

Rusiyanın Komi Respublikasının rəhbəri barəsində cinayət işi qaldırılıb

O cinayətkar dəstəyə rəhbərlik etməkdə şübhəli bilinir.

Rusiya Federasiyasının Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer barəsində cinayət işi qaldırılıb. 

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
 
V. Markin bildirib ki, V. Qayzer onun müavini Aleksey Çernov, o cümlədən Aleksandr Zarubin və Valeriy Veselov adlı şəxslərdən ibarət cinayətkar dəstəyə rəhbərlik etməkdə şübhəli bilinir.
 
“Cinayətkar dəstənin məqsədi dövlət əmlakının cinayət yolu əldə edilməsi olub”, - deyə V. Markin qeyd edib.