» » "Azərsu"dan Azərbaycanda suyun təmizliyinə dair daha bir açıqlama

"Azərsu"dan Azərbaycanda suyun təmizliyinə dair daha bir açıqlama

"Azərsu"dan Azərbaycanda suyun təmizliyinə dair daha bir açıqlama

"Azərsu" ASC Böyük Britaniyanın "The Daily Mail" nəşrinin “Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” xəbərinə daha bir tutarlı cavab verib.

Qurumun mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, 2015-ci ilin noyabr ayının ikinci ongünlüyündə Azərbaycanda səfərdə olmuş Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi Lord Devid Evans, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi, Böyük Britaniya parlamentinin üzvləri - Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiff, Stefn Ceyms Makkabe, Patrisia Skotland və digər şəxslərdən ibarət nümayəndə heyəti 13 noyabr 2015-ci il tarixində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olmuş və ən son texnologiyaya əsasında tikilmiş qurğunun imkanlarını yüksək qiymətləndiriblər.

Qonaqlar qurğuda emal olunmuş və krandan gələn sudan içiblər. Bu faktın özü "The Daily Mail" nəşrinin Azərbaycanda suyun keyfiyyətsiz olması ilə bağlı iddiaların həqiqətdən uzaq və qərəzli olduğunu bir daha sübut edir.
"Azərsu"dan Azərbaycanda suyun təmizliyinə dair daha bir açıqlama
Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri "hansı ölkədə krandan su içmək olar? adlı sorğu aparıb. Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.
"Azərsu"dan Azərbaycanda suyun təmizliyinə dair daha bir açıqlama


Belə ki, üçüncü ölkələrə səfər zamanı butulkalarda satılan sudan alırlar. Lakin Avropa ölkələrində buna bir o qədər də fikir verən olmur. Bəzi hallarda krandan içilən su diareya, hepatit A, xora və sairə səbəb ola bilər.

Bəzi ölkələrdə isə kran suyu ilə diş də yumaq, duş zamanı bir damla su udmaq belə xoşagəlməz nəticələrə gətirib çıxara bilər. 

Kran suyundan istifadənin nisbətən təhlükəsiz olduğu region Qərbi Avropa olub. Məsələn, Sloveniyada bu suyu rahatlıqla içmək olar, Xorvatiyada isə məsləhət deyil. 

Ekspertlər düşünürlər ki, Finlandiya və Latviyada su təhlükəsiz, onların qonşusu olan Estoniya və Litvada isə təhlükəlidir. 

Təhlükəli ölkələr arasında Azərbaycanın da adı var. Nüfuzlu qəzetin ekspertləri bu sudan içməyi məsləhət görmürlər. Bu siyahıda aşağıdakı ölkələr də yer alıb:

Moldova, Belarus, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Bolqarıstan, Monteneqro, Kipr və sairə. 
"Azərsu"dan Azərbaycanda suyun təmizliyinə dair daha bir açıqlama

"Azərsu"dan Azərbaycanda suyun təmizliyinə dair daha bir açıqlama