» » "Azərbaycan mavi çimərlik hərakatına qoşulmalıdır"

"Azərbaycan mavi çimərlik hərakatına qoşulmalıdır"

"Azərbaycan mavi çimərlik hərakatına qoşulmalıdır"

"Azərbaycanda çimərlik xidmətləri göstərmək istəyən şəxslər müəyyən edilmiş şərtlərə əməl etməlidir".

ANS TV-nin məlumatına görə, bunu nümunəvi çimərliyin açılışında mədəniyyət və turzim naziri Əbülfəs Qarayev bəyan edib. Onun sözlərinə görə, Azərbaycanda vahid çimərlik standartı qəbul edilməlidir. Aidiyyatı qurumlarla birgə bu standart işlənib hazırlanandan sonra bütün icra hakimiyyəti orqanlarına təqdim ediləcək.
"Azərbaycan mavi çimərlik hərakatına qoşulmalıdır"


Əbülfəs Qarayevin sözlərinə görə, qarşıdakı əsas məsələ Azərbaycanın beynəlxalq çimərlik standartlarına qoşulmasıdır.

"Dünyada böyük bir mavi çimərlik hərəkatı var. Mavi çimərliklərdə bütün standartlara əməl olunur. Biz istəyirik ki, Azərbaycan da bu hərəkəta qoşulsun. Bunun üçün isə müəyyən standartlar işlənməlidir”, - nazir deyib.

Mədəniyyət və Turizm naziri turistlər arasında keçirilən sorğunun nəticələrinə də münasibət bildirib. Könüllülərin keçirdiyi sorğunun nəticələrinə görə, ölkəyə gələn turistlər ən çox qiymətlərin baha, internetin zəif olmasından şikayətləniblər. Əbülfəs Qarayev bu şikayətlərin aidiyyatı qurumlara göndərildiyini və araşdırıldığını söyləyib.