» » Bakıdan Türkiyəyə 120 manata getmək olacaq

Bakıdan Türkiyəyə 120 manata getmək olacaq

Bakıdan Türkiyəyə 120 manata getmək olacaq

Bakıdan Türkiyənin kurort şəhərlərinə birbaşa reyslər açılacaq. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı xəbər verib.

Qurum rəsmisi bildirib ki, iyulun 20-dən etibarən Bakı Beynəlxalq Avtovağzalı və "Metro" turizm şirkəti arasında aparılan danışıqlara əsasən, Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər həyata keçiriləcək.

"Şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişəcək. Biletin qiyməti 120 AZN təşkil edəcək. Biletə baqaj daxildir. Reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək", - deyə Şəfa Mehmanqızı yazıb.
Bir müddət əvvəl Şəfa Mehmanqızı iyul ayının ortalarından avtovağzaldan Bakı-Batumi istiqamətində avtobusların fəaliyyətə başlayacağını da qeyd etmişdi. Onun sözlərinə görə, bu istiqamətdə biletlərin qiyməti böyüklər üçün 25 manat, uşaqlar üçün isə həmin qiymətin 50%-ni təşkil edəcək.  

Reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək. Təyinat məntəqəsinə isə çatma vaxtı növbəti gün saat 09:00-dır.